Mojo.az Banner
13:47 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ  |     13:25 Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO  |     13:12 Jurnalistin oğlu faciəvi şəkildə öldü  |     12:54 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü  |     12:40 Xalq artisti reanimasiya yerləşdirildi  |     12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR  |     11:40 Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı  |     11:39 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO  |     11:37 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA - VİDEO  |     11:32 Maaşlar artdı amma bu problemlər yerində qalacaq — Həkimlərdən AÇIQLAMA  |     11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |    
Left Banner
Right Banner

Maşından 120 min dollar oğurlayanlar saxlanıldı - Video

11.06.2026 17:31 279
Maşından 120 min dollar oğurlayanlar saxlanıldı - Video
Binəqədi rayonunda avtomobildən xüsusilə külli miqdarda pul oğurlayan şəxslər saxlanılıb.

İyunun 4-ü Binəqədi rayonu ərazisində "BYD” markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Məmmədov avtomobildə əyləşən əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağından xəbərdar olub və bu barədə S.Bəylərliyə məlumat verib. Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin guya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər.

Faktla bağlı Binəqədi RPİ-də zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner