Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |    
Mojo.az Avto
Mojo.az Avto

Fəvvarədə çimmək ölümlə nəticələnə bilər - Mütəxəssisdən xəbərdarlıq

11.06.2026 12:15 396
Fəvvarədə çimmək ölümlə nəticələnə bilər - Mütəxəssisdən xəbərdarlıq
Fəvvarələrdə çimmək sağlamlıq üçün ciddi risklər yarada bilər. Belə ki, həmin sularda yosunların və digər mikroorqanizmlərin çoxalmasının qarşısını almaq məqsədilə xüsusi kimyəvi maddələrdən istifadə olunur.

Bu barədə rusiyalı həkim Andrey Tyajelnikov öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, fəvvarələrdəki su daim yenilənmir, qapalı dövriyyə sistemi ilə hərəkət edir və müəyyən mənada durğun vəziyyətdə qalır.

Mütəxəssis əlavə edib ki, fəvvarələrdə çimmək təkcə infeksiya riski yaratmır. Nəm və sürüşkən səthlər səbəbindən insanların yıxılaraq müxtəlif xəsarətlər alması da mümkündür.

Onun sözlərinə görə, belə hallarda burxulma, əzələ dartılması və hətta sınıqlar baş verə bilər.

Andrey Tyajelnikov fəvvarələrdə istifadə olunan elektrik avadanlıqlarının da təhlükə mənbəyi olduğunu vurğulayıb.

"Fəvvarələrdə nasoslar və digər elektrik qurğuları fəaliyyət göstərir. İzolyasiyanın zədələnməsi ehtimalı hər zaman mövcuddur. Belə bir vəziyyətdə fəvvarədə olmaq həyati təhlükə yarada bilər", - deyə o xəbərdarlıq edib.

Son xəbərlər