Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

35 valideyn hüquqlarından məhrum edilib - Kamran Əliyev

10.06.2026 16:19 258
35 valideyn hüquqlarından məhrum edilib - Kamran Əliyev
Prokurorluq orqanlarının təşəbbüsü ilə son illərdə onlarla valideynin valideynlik hüququ məhdudlaşdırılıb və ya onlardan məhrum edilməsi ilə bağlı məhkəmələrə müraciət olunub.
 
Bu barədə Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı məlumat verib.
 
O bildirib ki, 2024-cü ildə qanunvericiliyə edilən dəyişikliklərdən sonra prokurorlara valideynlik hüququndan məhrum etmə və ya həmin hüququn məhdudlaşdırılması ilə bağlı məhkəmələrdə mülki iddia qaldırmaq səlahiyyəti verilib.
 
Baş prokurorun sözlərinə görə, bu müddət ərzində prokurorluq tərəfindən məhkəmələrə 37 belə iddia təqdim olunub. Həmin iddialardan 35-i təmin edilib, 2-si isə hazırda baxılma mərhələsindədir.
 
Kamran Əliyev vurğulayıb ki, valideynlik hüququndan məhrumetmə son çarə kimi tətbiq edilir:
 
“Bu, kifayət qədər ağrılı prosesdir. Belə qərarlar qəbul edilməzdən əvvəl aidiyyəti dövlət qurumları, hüquq-mühafizə orqanları və digər məsul strukturlarla geniş müzakirələr aparılır. Yalnız uşağın mənafeyini qorumaq üçün başqa çıxış yolu qalmadıqda bu addım atılır”.
 
Baş prokuror əlavə edib ki, uşaqların hüquqlarının müdafiəsi prokurorluğun fəaliyyətində prioritet istiqamətlərdən biridir.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner