Mojo.az Banner
19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |     17:53 Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - Video  |     17:49 Bakının bu rayonunda qaz kəsiləcək  |     17:03 3-cü kurs tələbəsi vəfat etdi  |     16:55 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib  |     16:39 Bu şəxslər üçün viza proseduru sadələşdirildi  |     16:22 Lənkəranda 3 gün əvvəl döyülən oğlan xəstəxanada öldü  |     16:12 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı  |     16:09 Dima Bilan Azərbaycanı təmsil edən yeniyetməyə dəstək oldu - FOTO  |     16:05 Azərbaycanda bu institut ləğv olunur  |     14:47 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb  |     14:32 Könüllü qanvermə aksiyası keçiriləcək  |     14:30 Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı  |     14:16 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü - FOTO  |     14:10 Tıxacda qalmaq istəmirsinizsə, bunları bilməlisiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Messi zədəsindən sonra ilk dəfə meydana çıxdı

10.06.2026 13:12 636
Messi zədəsindən sonra ilk dəfə meydana çıxdı
Futbol üzrə Argentina yığması yoldaşlıq görüşündə İslandiya millisi üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Qarşılaşma ABŞ-də baş tutub.

Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, qolları Valentin Barko (8-ci dəqiqə), Lionel Messi (72-ci dəqiqədə, penaltidən) və Tyaqo Almada (86-cı dəqiqədə) öz aktivlərinə yazdırıblar.

"Qızıl top"un səkkizqat sahibi olan Messi 70-ci dəqiqədə əvəzetmədən meydana daxil olub. O, mayın 25-də "İnter Mayami" və "Filadelfiya" arasında keçirilən ABŞ Ali Futbol Liqasının (MLS) oyununda zədələndikdən sonra ilk dəfə matçda iştirak edib. Argentina yığmasının kapitanı Hondurasla yoldaşlıq görüşünü (2:0) buraxıb. Bu, Argentina yığmasının 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatı ərəfəsində sonuncu sınaq matçı olub. Çempion titulunu qoruyacaq argentinalılar Avstriya, Əlcəzair və İordaniya komandaları ilə eyni qrupda mübarizə aparacaqlar. Həmçinin, çərşənbə gününə keçən gecə qarşıdan gələn dünya birinciliyinin daha üç iştirakçısı öz oyunlarını keçirib. Səudiyyə Ərəbistanı və Seneqal yığmaları 0:0 hesabı ilə heç-heçə ediblər, İraq komandası isə turnirə vəsiqə qazanmayan venesuelalılara məğlub olub (0:2).скачать dle 11.3
Mojo.az Banner