Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Messi meksikalı azarkeşlərin düşmənçiliyindən şikayətləndi

19.04.2025 21:46 717
Messi meksikalı azarkeşlərin düşmənçiliyindən şikayətləndi
Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi meksikalı azarkeşlərin ona qarşı düşmən münasibətindən narazılığını ifadə edib.

Əfsanəvi futbolçu bu barədə "YouTube" platformasında yayımlanan "Simplemente Futbol" kanalına verdiyi müsahibədə danışıb.

"Onlar (Meksika azarkeşləri) özlərini rəqib yerinə qoyurlar, amma əslində belə bir rəqabət mövcud deyil. Argentina və Meksika yığmaları arasında müqayisə aparmaq mümkün deyil. Mən bilmirəm bu rəqabət hardan qaynaqlanır. Meksikalılarla nə baş verdiyini və bu qəzəbin haradan gəldiyini anlamıram", deyə o bildirib.

Messi "Barselona" klubunun yetirməsidir. O, əsas komandada 2003-2021-ci illərdə çıxış edib. Bu müddətdə 835 oyunda meydana çıxaraq 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu adını qazanıb. İki dəfə Amerika Kubokunu əldə edib və səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülüb.

2021-ci ildə Messi Fransanın PSJ klubuna keçib, 2023-cü ilin yayında isə ABŞ-ın MLS liqasında çıxış edən "İnter Mayami" klubuna transfer olunub.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner