Mojo.az Banner
18:57 Məşhur yapon yazıçısı vəfat etdi  |     18:52 Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək  |     18:44 Ev almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq  |     18:39 1 740,7 hektar ərazi minalardan təmizlənib  |     18:31 Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi  |     18:25 Zərdabda şəhid anası vəfat etdi  |     18:17 Bakıda iki marşrutun istismarı müvəqqəti yeni daşıyıcılara həvalə edildi  |     18:12 B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq (VİDEO)  |     18:04 Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı  |     17:59 Tarakanlar olan mağazanın sahibi danışdı - Video  |     17:50 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı  |     17:44 Tozlu hava ilə bağlı AÇIQLAMA  |     17:37 "MİT Academy"dən oğurluq edən şəxs həbsə göndərildi  |     17:36 Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video  |     17:30 Ordumuzun hərbçisi vəfat etdi  |     17:03 Naxçıvan yeni nazir müavini təyin olundu  |     16:50 Rusiya ordusu Ukraynada bir neçə yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:44 Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü  |     16:41 Sevgi münasibəti cinayətlə nəticələndi: Şantaj olundu, qonaq getdiyi evləri taladı  |     16:40 Dənizdə dörd nəfər BATDI: 13 yaşlı qızı xilas etmək mümkün olmadı  |    
Left Banner
Right Banner

Dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU

09.06.2026 21:56 261
Dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslərə HÖKM OXUNDU
Külli miqdarda dövlət vəsaitini talamaqda təqsirləndirilən Məhərrəm Əliyev, Qurbanxan İsgəndərov və Yaşar Heydərov cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məhərrəm Əliyev iki il sınaq müddəti təyin olunmaqla şərti, Qurbanxan İsgəndərov iki il bir ay beş gün həbs və Yaşar Heydərov iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qurbanxan İsgəndərov barəsində seçilmiş ev dustağlığı müddətindən hesablanıb və cəzası çəkilmiş hesab edilib. Barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və hökm qanuni qüvvəyə minənədək "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərin dövlətə vurduğu ziyanın böyük hissəsi ödənilib. İş üzrə dəymiş ümumi ziyan 66 472.17 manat hesablanıb.

Qeyd edək ki, istintaqla Məhərrəm Əliyevin 2022-ci il avqustun 24-dən 2023-cü il oktyabrın 31-dək Masallı rayon MKTİB-nin rəisi vəzifəsində işlədiyi müddətdə qurumun baş mühasibi Qurbanxan İsgəndərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 73 min manatdan artıq büdcə vəsaitini "Məhəmməd-2022" MMC-nin direktoru Yaşar Heydərovun köməkliyi ilə mənimsəməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Məhərrəm Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda törədilməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), Qurbanxan İsgəndərova və Yaşar Heydərova isə həmin Məcəllənin 32.5, 179.2.3, 32.5, 179.2.4, (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmədə köməkçi) 308.1, 313-cü və digər maddələri ilə ittiham edilib.скачать dle 11.3
Mojo.az Banner