"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" deyərək qəza törədən sürücü SAXLANILDI - Video
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, araşdırmalarla "Mercedes" markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb.
"Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür", - deyə bildirilib.
