Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu restorana şortla giriş qadağan edildi

08.06.2026 22:32 522
Bu restorana şortla giriş qadağan edildi
Sumqayıtda fəaliyyət göstərən “Central Park” restoranında şortla girişə qoyulan qadağa müzakirələrə səbəb olub.
 
Median.Az xəbər verir ki, restoranın sahibi Əli Əhmədov Axar.az-a açıqlamasında sözügedən qadağanın müəssisənin daxili qaydalarından irəli gəldiyini bildirib.
 
Onun sözlərinə görə, rəsmi qurumlarda və bir çox iş yerlərində olduğu kimi, rəhbərlik etdiyi obyektdə də müəyyən geyim qaydalarına əməl olunması tələb edilir.
 
“Bu, mənim şəxsi obyektimdir. Hər iş yerində olduğu kimi, bizim də öz qaydalarımız var. Hansı rəsmi iş yerində şortla daxil olmağa icazə verilir? Bura ailələrin istirahət etdiyi məkandır. Buna görə də şortla girişə icazə vermirik və bu qaydanı tətbiq edirik”, – deyə o qeyd edib.
 
Ə.Əhmədov restoranın fəaliyyəti ilə bağlı səsləndirilən digər iddiaları da təkzib edib. O bildirib ki, müəssisə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir.скачать dle 11.3
Mojo.az Banner