Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?

08.06.2026 22:07 498
Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?
Tədqiqatçılar tərəfindən hazırlanmış universal koronavirus peyvəndi ilk dəfə insan üzərində sınaqdan keçirilib və ilkin nəticələr uğurlu hesab olunub.

Kembric Universiteti və Britaniyanın DIOSynVax biotexnologiya şirkətinin birgə hazırladığı vaksin "ScienceDaily”ə istinadən yayılan məlumatda qeyd edildiyi kimi, 39 sağlam könüllü üzərində keçirilən birinci mərhələ klinik sınaqlarda təhlükəsiz olub və ciddi yan təsirlər göstərməyib.

Bu peyvəndin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, tək bir virus ştamına deyil, Sarbeco koronaviruslar qrupuna qarşı geniş qoruma yaratmaq üçün hazırlanıb. Bu qrupa COVID-19-un törədicisi SARS-CoV-2, SARS virusu və gələcəkdə insanlara keçə biləcək bəzi yarasa mənşəli koronaviruslar daxildir.

Məlumata görə, vaksin SARS-CoV-2 və SARS-a qarşı olduğu kimi, hələ insanlara keçməmiş bəzi yarasa viruslarına qarşı da immun cavab formalaşdırıb. Tədqiqatın nəticələri "Journal of Infection” jurnalında dərc olunub.

Araşdırmanın diqqət çəkən tərəflərindən biri də peyvəndin hazırlanmasında süni intellekt və maşın öyrənməsindən istifadə edilməsidir. Bu texnologiyalar immun sistemini geniş spektrli virusları tanımağa öyrədən "süpərantigen” adlı komponentin dizaynına kömək edib. Bu, süni intellektlə hazırlanmış peyvəndin insanlarda ilk uğurlu sınağı kimi qiymətləndirilir.

Heyvanlar üzərində aparılan əvvəlki testlər də güclü immun cavabın formalaşdığını göstərib. Lakin mütəxəssislər bildirirlər ki, preparatın geniş istifadəsi üçün hələ ikinci və daha geniş mərhələli klinik sınaqlar lazımdır.

Böyük Britaniya Milli Səhiyyə Tədqiqatları İnstitutunun elmi direktoru Mariann Nayt nəticələri "əhəmiyyətli irəliləyiş” adlandırıb və süni intellektlə yaradılmış bu yanaşmanın gələcəkdə digər pandemiya risklərinə qarşı da tətbiq oluna biləcəyini bildirib.
//qaynar.az

Son xəbərlər