Mojo.az Banner
21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |     20:55 Məşhur türk aktyoru vəfat etdi  |     20:46 "WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz  |     20:41 Bakıda axtarışda olan şəxs bərbərxanada TUTULDU  |     20:34 "Qızıl top" mükafatına namizədlərin ADLARI  |     20:29 Ermənistan AES-in fəaliyyəti 2041-ci ilədək uzadıla bilər  |     20:21 Bakının hansı rayonunda daha çox insan yaşayır?  |     20:16 İsrail Britaniya konsulluğunu bağlayır  |     20:10 Bank kartlarından çıxılan pullarla bağlı VACİB AÇIQLAMA  |     20:02 Azərbaycanda ən az ONLAR QAZANIR  |     19:57 “Google”-dan təcili xəbərdarlıq  |     19:49 Bakıda yayılan bu görüntülər təəccüb doğurdu – Yeni binalarda nə baş verir?  |     19:43 “ChatGPT”-nin 17 seçiminin arxasındakı həqiqət  |     19:35 Sabah Zərdabda su kəsiləcək  |     19:30 Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO  |     19:24 Meğrinin meri həbs edildi  |    
Left Banner
Right Banner

Alimlər koronavirusa qarşı təsirli dərman tapıblar

20.08.2021 22:33 1 362
Alimlər koronavirusa qarşı təsirli dərman tapıblar
Laktoferrin zülalı COVID-19 əleyhinə effektiv dərman ola bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər. Bu barədə "Proceedings of the National Academy of Science" jurnalında məqalə dərc olunub.

Tədqiqatçılar SARS-CoV-2 ilə yoluxmadan əvvəl və sonra 1 400-dən çox dərman və fərdi vasitələrlə müalicə olunan insan hüceyrələrindən istifadə edərək ortaya çıxan nəticələri təhlil ediblər. Beləliklə, COVID-19 əleyhinə 17 potensial namizəd tapmağı bacarıblar. Mütəxəssislər SARS-CoV-2 infeksiyasını insanın ağciyər hüceyrələri də daxil olmaqla, müxtəlif növ hüceyrələrdə sınaqdan keçiriblər. Onlardan 9-da virus əleyhinə aktivlik müşahidə olunub. Bunlar içərisində ən təsirlisi isə süddən əldə edilən laktoferrin zülalı olub.

Laktoferrin - bədənin immun sisteminin komponentlərindən biri olmaqla, immun hüceyrələrinin funksiyalarını tənzimləyir. Əvvəllər laboratoriya şəraitində də olsa, laktoferrinin sitomegalovirusa, HİV-ə və digər patogenlərə qarşı təsirli olduğu sübuta yetirilib.

Tədqiqatçıların qənaətinə görə, yeni dərmanların hazırlanması uzun illər çəkə bilər, buna görə də mövcud dərmanlar arasında təsirlisini tapmaq gəlirli strategiyadır. Gələcəkdə laktoferrinin SARS-CoV-2 xəstələrinin müalicəsində istifadə olunacağı planlaşdırılsa da, onun məhz delta ştamına qarşı təsirli olub-olmayacağı sual altındadır.
скачать dle 11.3
Mojo.az Banner