Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

IMO baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib

08.06.2026 21:40 363
IMO baş katibi Azovda azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib
Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes Azov dənizində azərbaycanlı dənizçilərin faciəli şəkildə həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə IMO baş katibinin ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanova ünvanlanmış məktubunda qeyd olunub.

"Dərin hüznlə 2026-cı il iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərinə hücumlar nəticəsində insanların faciəli şəkildə həlak olduğunu öyrəndim. Bildirilmişdi ki, hadisə nəticəsində azərbaycanlı dənizçilər (4 nəfər - red.) həlak olub, digərləri (4 nəfər - red.) isə yaralanıb. Beynəlxalq Dəniz Təşkilatının bütün üzvləri, Katiblik və şəxsən öz adımdan Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Biz ruhən həlak olanların ailələrinin, dostlarının, yaxınlarının və bu faciənin toxunduğu hər kəsin yanındayıq", - məktubda bildirilib.

O vurğulayıb ki, IMO bütün dənizçilərin təhlükəsizliyinin, mühafizəsinin və qorunmasının təmin edilməsinə, həmçinin təhlükəsiz gəmiçilik şəraitinin yaradılması üzrə beynəlxalq səylərin dəstəklənməsinə sadiq qalır:

"Üzv dövlətlər və dəniz sənayesinin bütün iştirakçıları arasında əməkdaşlığın davam etdirilməsi belə faciələrin qarşısının alınması və dənizdə işləyənlərin müdafiəsinin gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".скачать dle 11.3
Mojo.az Banner