Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "Instagram" kiberzorakılıq hadisələrində liderdir

08.06.2026 19:42 387
Azərbaycanda
"Uşaqlar təkcə ailənin deyil, həm də dövlətin sərvətidir. Gələcəyə olan ümidi, sərmayəsidir. Azərbaycanda uşaqların müdafiəsi yüksək səviyyədə qorunur".

Bunu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, uşaqların zərərli təsirlərdəndən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir:

"Bu gün bir çox dövlətlərin qarşında dayan vacib məsələ internet təhlükəsizliyidir. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılması məsələsidir. Dünyada müxtəlif tədqiqatlar aparılır. Bir neçə misal göstərmək istərdim: Məsələn, 10-15 yaşlı Avstraliya uşaqlarının 96%-i sosial mediadan istifadə edir və onların 70%-i zərərli məzmun və davranışlarla qarşılaşır. Amerikada 2025-ci ildə aparılan bir araşdırma göstərib ki, 13-17 yaşlı qızların 71%-i, oğlanların isə 54%-i kiberzorakılıqla qarşılaşır. Kiberhücumun nəticələri ciddidir: Amerikalı yeniyetmələrin 19,2%-i kiberhücum səbəbindən məktəbi buraxdığını bildirib. Kiberbullinqə məruz qalan yeniyetmələr arasında 12%-i son bir ildə özünə zərər verməyi düşünüb, 6%-i isə buna cəhd edib. Ən yüksək riskə malik platformalar: İnstaqram kiberzorakılıq hadisələrində liderdir (42%), ardınca "Facebook" (37%) və "Snapchat" (31%) gəlir. Digər tədqiqatlar "YouTube"un ən yüksək göstərici olduğunu müəyyən edib: "YouTube"dakı uşaqların 79%-i kiberhücuma məruz qalıb, ardınca "Snapchat" (69%), "TikTok" (64%) və "Facebook" (49%) gəlir.

Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90,8 olub. Bu göstərici 6-15 yaş qrupu üzrə isə 90,1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5 faizi övladının sosial mediadan istifadə etdiyini, 36,5 faizi isə istifadə etmədiyini bildirib. Əlbəttə ki, bu rəqəmlər bizi düşündür və eyni zamanda narahat edir. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, uşaqların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16-18 yaş arası yanaşması seçilib. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə bilərlər. Uşaqların inkişafına diqqət verilərək təhsil və səhiyyə məqsədləri üçün bu imkanlardan sərbəst istifadə etmək olar. Qanun dəyərli məqsədə - uşaqların müdafiəsinə xidmət edir. Uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunması günümüzün tələbidir".
//unikal.az

Son xəbərlər