Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Mexanik ən pis iki yapon markasını açıqladı

06.06.2026 20:01 525
Mexanik ən pis iki yapon markasını açıqladı
Yapon avtomobilləri adətən etibarlılıq reytinqlərində ön sırada yer alır. Lakin bəzi markalar var ki, onlardan uzaq durmaq tövsiyə olunur.

"JustAnswer" platformasının mexaniki və avtomobil eksperti Kris Pail "GoBankingRates"ə açıqlamasında satın alınmaması tövsiyə olunan iki yapon istehsalçısını açıqlayıb. Onun sözlərinə görə, bu avtomobillər yüksək təmir xərcləri ilə sahiblərini məyus edə bilər.

Pail bildirib ki, hansı markalarda və hansı texnologiyalarda problemlərin yarandığını bilmək vacibdir. O, əsas "qırmızı bayraq” kimi CVT (pilləsiz variator) transmissiyasını göstərib.

"CVT transmissiyası olan istənilən avtomobildən uzaq durardım. Nissan bu sistemdən ən çox istifadə edən markadır. Onlar işləyənə qədər yaxşıdır. Sonra isə sizi çox yüksək təmir hesabı gözləyir və bu, adətən təmir yox, tam transmissiya dəyişimi demək olur”, deyə mexanik bildirib.

Ekspertin sözlərinə görə, CVT transmissiyası yanacaq sərfiyyatını azaldır və sürüşü daha hamar edir, lakin daha tez sıradan çıxır və çox vaxt təmir olunmur.

Hansı yapon avtomobillərindən uzaq durmaq lazımdır?

Pail həmçinin Infiniti markalı avtomobillərdən də çəkinməyi tövsiyə edib. Infiniti Nissan-ın premium brendidir və daha yüksək komfort təklif edir.

"Infiniti" modellərinin çoxundan uzaq durardım. Onlar elektrik problemləri ilə tanınır. Əslində bunlar daha çox elektronikası artırılmış "Nissan" versiyalarıdır”, deyə o bildirib.

Onun sözlərinə görə, Infiniti avtomobillərinin qiyməti rəqiblərlə müqayisədə daha yüksək ola bilər, eyni zamanda təmir xərcləri də ciddi şəkildə bahalıdır.

Mexanik əlavə edib ki, "Nissan"ın CVT transmissiyalı modellərindən də uzaq durmaq lazımdır, çünki bu sistem sedandan SUV-lara qədər bir çox modeldə istifadə olunur.

"Onlar işləyənə qədər əladır, amma sıradan çıxanda təmir xərci çox yüksək olur və adətən qutunun tam dəyişdirilməsi tələb olunur”, deyə Pail əlavə edib.

Hansı avtomobillər tövsiyə olunur?

Ekspert "Toyota Tundra", "Toyota 4Runner", "Honda Passport", "Honda Ridgeline", "Honda Odyssey" və "Mazda Miata" modellərini daha etibarlı seçim kimi göstərib. Onun sözlərinə görə, bu modellər bəzən az satılsa da, etibarlılıq baxımından üstünlük təşkil edir.

"Toyota" və "Honda"nın əksər modelləri ümumilikdə uzunömürlü olur, yaxşı satış dəyərinə malikdir və daha az təmir tələb edir”, deyə ekspert qeyd edib.
//qaynar.azскачать dle 11.3

Son xəbərlər