Mojo.az Banner
22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |    
Left Banner
Right Banner

Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?

23.08.2025 22:24 849
Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?
Günümüzdə hər kəs gündəlik istifadə üçün daha sərfəli və iqtisadi avtomobil axtarışındadır. Yüksələn yanacaq qiymətləri, texniki xidmət xərcləri və şəhər mühitində yaranan müxtəlif çətinliklər sürücüləri daha praktik seçimlər etməyə məcbur edir.

Bu səbəbdən insanlar həm şəhər daxilində, həm də uzun yollarda istifadəyə uyğun, büdcəyə qənaət edən və ehtiyat hissələri asanlıqla tapılan avtomobillərə üstünlük verirlər.

Təlimçi Adil Nəbiyev Valyuta.az-a bildirir ki, günümüzdə elektrik avtomobillər daha sərfəlidir:

“Bu gün yeni elektrik avtomobilləri daha sərfəlidir. Lakin uzun yollarda elektrikli avtomobillər o qədər də əlverişli deyil. Bunun əsas səbəbi hər yerdə, istənilən vaxt şarj edə biləcəyimiz şarj məntəqələrinin kifayət qədər olmamasıdır. Yəni şarj məntəqələri hər zaman əlçatan deyil. Bundan başqa, şarj məntəqəsi olsa belə, dayanıb avtomobili şarj etmək uzun vaxt aparır və çox vaxt itkisinə səbəb olur. Buna görə də uzun yollar üçün hibrid avtomobillər daha əlverişlidir. Lakin bir neçə ildən sonra elektrik avtomobillərinin sayı artdıqca şarj aparatları da hər yerdə daha əlçatan olacaq”.

“Dizel avtomobillər isə ümumiyyətlə, şəhər daxilində istifadə edilməsə yaxşıdır. Çünki şəhərdə asta sürətlə hərəkət edildikdə filtrin dolması problemi yaranır. Ancaq uzaq yola çıxdıqda, sürət yüksək olduğu üçün filtrlər dolmur. Satış baxımından Yaponiya və Koreya avtomobilləri ikinci əl bazarında daha çox üstünlük qazanır. Bir sözlə, ən çox istifadə edilən avtomobilləri sürmək daha məqsədəuyğundur.

Çünki bu cür avtomobillərin ehtiyat hissələrini tapmaq daha asan olur. Həm də tələbat çox olduğu üçün onların təmir ustaları da kifayət qədər mövcuddur. Bundan əlavə, ən çox istifadə edilən avtomobillərin əksəriyyəti iqtisadi modellərdir ki, bu da belə avtomobilləri almağı daha sərfəli edir”- deyə təlimçi A.Nəbiyev qeyd edir.скачать dle 11.3
Mojo.az Banner