Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ!

28.05.2025 20:52 1 146
Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ!
Çin avtomobilləri son illərdə sürətlə inkişaf edərək dünya avtomobil bazarında önəmli yer tutmağa başlayıb.

Avtomobil ustası Əli Əliyev avtomobillərin üstünlüklərindən və mənfi cəhətlərindən danışıb.

O bildirib ki, əsas üstünlüklərdən biri avtomobillərin yeni olmasıdır:

“Bu, alıcıların diqqətini cəlb edir. Çünki yeni avtomobil sürmək, nə qədər brend olsa da, ikinci əl avtomobildən daha üstündür. Yeni avtomobildə hər şey təzə olur, müəyyən müddət ustaya ehtiyac olmur. Bu avtomobillər yeni texnologiyalarla təchiz olunub. Elektron sistemlər, ağıllı idarəetmə funksiyaları və müxtəlif sensorlarla təmin olunması avtomobilləri daha cəlbedici və sərfəli edir”.

Ə.Əliyevin sözlərinə görə, Çin istehsalı avtomobillərin rahat və geniş olması da vacib məsələdir:

“Alman, Avropa və ya Koreya avtomobilləri ilə qiymət baxımından müqayisə aparıldıqda, məsələn, 20 000 manat civarındakı avtomobillər adətən kiçik seqmentə aiddir. Lakin eyni qiymətə olan Çin avtomobilləri daha geniş salona və yüksək komforta malik olur. Bu səbəbdən alıcılar daha çox Çin avtomobillərinə üstünlük verirlər”.

Usta bu maşınların mənfi cəhətlərindən söz açarkən qeyd edib ki, əsas narahatlıq dözümlülüklə bağlıdır:

“Bu avtomobillər beş il sonra necə işləyəcək, davamlı olacaqmı, sual altındadır. Avtomobili almamışdan əvvəl qiymətə yox, ehtiyat hissələrinin mövcudluğuna baxmaq lazımdır. Hazırda bunların servis xidmətləri zəifdir. Hamısı yeni texnologiyadan ibarət olduğu üçün onları diaqnostika və təmir etmək çətindir. Bu maşınlar ancaq öz rəsmi dilerlərində təmir olunmalıdır, yəni servis mərkəzi olmalıdır”.

Avtomobil mütəxəssisi brend dəyərindən də danışıb. O deyib ki,Çin avtomobillərinin ikinci əl bazarında nə dərəcədə satılacağı bəlli deyil:

“Yapon və Amerika avtomobilləri ilə müqayisədə Çin avtomobillərində brend məsələsi ön plana çıxır. Alıcı üçün əsas suallardan biri budur: sabah bu avtomobili sata biləcəyəmmi, ikinci əl bazarı olacaqmı? Bu, hələ də qeyri-müəyyən olaraq qalır. Brendin etibarlılığı və detalların uzunömürlü olub-olmaması da vacib amillərdəndir. Məsələn, Avropa və Koreya avtomobilləri adətən 150–200 min kilometr məsafə problemsiz qət edə bilir. Amma Çin avtomobillərinin 50 və ya 100 min kilometrdən sonra necə işləyəcəyi məlum deyil. Üstəlik, bu avtomobillər korporativ istehsal olduğu üçün bəzən daha tez sıradan çıxırlar. Batareya və zavod qüsurları kimi problemlər digər rəqiblərlə müqayisədə daha çox müşahidə olunur”.(metbuat.az)скачать dle 11.3

Son xəbərlər