Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda siqaret BAHALAŞIR? - 30 qəpik…

06.06.2026 16:04 1 080
Azərbaycanda siqaret BAHALAŞIR? - 30 qəpik…
Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı gözlənilir.İddialara görə, yaxın günlərdə siqaretlərin pərakəndə satış qiymətlərində 20-30 qəpik civarında artım baş verə bilər.

Məlumata görə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq bəzi məhəllə mağazaları, marketlər və köşklər siqaret məhsullarının yeni partiyalarını qəbul etməyə tələsmir.
Nəticədə bir sıra satış məntəqələrində müəyyən markalar üzrə çatışmazlıq müşahidə olunur.

Median.Az xəbər verir ki, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Cəbhəinfo.az-a açıqlamasında Azərbaycanda siqaretin qiymətinin artmasının vergi və aksiz dərəcələrilə bağlı olduğunu bildirib:

"Bu sosial və həssas məsələ olmadığına görə hökumət rahat bir şəkildə vergiləri artırır və bu dünyanın hər yerində belədir. Çox güman ki, növbəti vergi və aksiz artımları siqaret qiymətlərinə də yansıyacaq və qiymətlərdə artım müşahidə olunacaq.

Bunun da sosial tərəfi ondan ibarətdir ki, siqaretin qiyməti artıqca ondan imtina edən vətəndaşların sayı artacaq".

İqtisadçı qeyd edib ki, bu məsələdə "qızıl ortanı" tutmaq lazımdır:

"Çünki Azərbaycanda siqaret həddindən artıq bahalaşarsa, yəni qonşu ölkələrlə qiymət fərqi çox olarsa, o zaman ölkəmizə qaçaqmalçılıq yolu ilə siqaret gətirmək istəyənlərin də sayı kəskin şəkildə arta bilər".

Son xəbərlər