Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ

05.06.2026 21:46 591
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Həkimlər bildirirlər ki, yuxu yalnız istirahət deyil, həm də orqanizmin özünü bərpa etdiyi ən vacib dövrlərdən biridir. 
 
Median.Az xəbər verir ki, məhz yuxu zamanı immun sistemi aktivləşərək virus və bakteriyalarla mübarizə aparan hüceyrələri yeniləyir.
 
Araşdırmalar göstərir ki, uzun müddət yuxusuz qalan insanların infeksiyalara yoluxma riski daha yüksək olur. Bunun səbəbi yuxu çatışmazlığının immun sisteminin fəaliyyətini zəiflətməsi və orqanizmin müdafiə mexanizmlərini ləngitməsidir.
 
Mütəxəssislərin sözlərinə görə, gecə saatlarında bədəndə iltihab əleyhinə və qoruyucu təsir göstərən bir sıra vacib maddələr ifraz olunur. İnsan kifayət qədər yatmadıqda isə bu proseslər tam baş vermir. Nəticədə orqanizm xəstəliklərə qarşı daha həssas olur, sağalma müddəti uzanır və ümumi enerji səviyyəsi aşağı düşür.
 
Xüsusilə son illərdə aparılan tədqiqatlar göstərir ki, davamlı olaraq 6 saatdan az yatan şəxslərdə soyuqdəymə, qrip və digər infeksion xəstəliklərin yaranma ehtimalı daha yüksəkdir. Bundan əlavə, yuxusuzluq stress hormonlarının səviyyəsini artırır ki, bu da immunitetə mənfi təsir göstərən əsas amillərdən biridir.
 
Həkimlər sağlam immun sistemini qorumaq üçün böyüklərin hər gecə orta hesabla 7–9 saat keyfiyyətli yuxu yatmasını tövsiyə edirlər.azxeber.com

Son xəbərlər