Mojo.az Banner
13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |     12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |     11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |    
Left Banner
Right Banner

Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Vidadi Mustafayevin işi məhkəməyə təqdim edilib

05.06.2026 17:22 504
Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Vidadi Mustafayevin işi məhkəməyə təqdim edilib
Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Vidadi Mustafayevə qarşı cinayət işi Yekaterinburqun Leninski Rayon Məhkəməsinə daxil olub.

Median.Az
-ın "Kommersant" nəşrinə istinadən xəbərinə görə, bu, məhkəmənin kartoteka məlumatlarında əksini tapıb.

Məlumata görə, Vidadi Mustafayevə qarşı üç fırıldaqçılıq maddəsi üzrə (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü və 4-cü hissələri) ittiham irəli sürülüb.

Bildirilir ki, cinayət ittihamlarından biri "Porsche" markalı avtomobilin alınması ilə bağlı ola bilər. Versiyalardan birinə görə, Vidadi Mustafayev Azərbaycan vətəndaşı olan tanışı Navruz Sadatovdan aldığı avtomobilin pulunu ödəməyib. Digər versiyaya görə, o, diaspor rəhbərinin müavini vəzifəsi üçün avtomobili və bir milyon rublu (23 min manat) alsa da, vədini yerinə yetirməyib. O, pulu və avtomobili qaytarmaqdan imtina etdikdə, Navruz Sadatov istintaq orqanlarına müraciət edib.

Vidadi Mustafayevin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında ona "Porsche"nin artıq müsadirə olunduğu bildirilib. Həbs olunduğu zaman o özünü günahkar hesab etməyib və öz mövqeyini ona böhtan atılması ilə müdafiə edib.

"Mənim fəaliyyətim cinayətkarlıqla əlaqəli deyil, mən quldur deyiləm", - deyə o bildirib.

Xatırladaq ki, Vidadi Mustafayev ötən ilin avqust ayında keçmiş diaspor lideri Şahin Şıxlinskinin həbsindən sonra Azərbaycan icmasına rəhbərlik etməyə başlayıb. Şahin Şıxlinski 24 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner