Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Astarada anasını öldürən şəxs: "Ondan yemək istədim, kinayəli cavab verdi..."

05.06.2026 12:25 417
Astarada anasını öldürən şəxs:
Astarada anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işinin bəzi detalları məlum olub.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, hadisə 2025-ci il avqustun 22-də Astara rayonu ərazisində baş verib.

Hadisə günü ailə üzvləri günorta yeməyinə hazırlaşarkən Muradla anası Məhəbbət Qasımovanın arasında mübahisə yaranıb. Murad yemək istədiyini bildirsə də, anasının kinayəli cavab verdiyini düşünərək əsəbiləşib. Daha sonra mətbəxdə olan bıçağı götürərək qadına ardıcıl zərbələr endirib və onu öldürüb.

İttihamda qeyd olunur ki, hadisə anı Məhəbbət Qasımovanın valideynləri - təqsirləndirilən şəxsin babası və nənəsi də mətbəxdə olublar və baş verənləri görüblər.

Hadisədən dərhal sonra Murad əvvəlcə hadisə yerindən qaçmağa cəhd göstərib. O, evdən çıxaraq gizlənmək məqsədilə qamışlıq əraziyə gedib, daha sonra qohumlarının yaşadığı evə baş çəkib. Sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məhkəmə iclasında Murad Kazımzadə ona Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmədə ifadə verməkdən imtina etsə də, ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunaraq tədqiq edilib.

İstintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs bildirib ki, Məhəbbət Qasımova ilə münasibətləri uzun müddət gərgin olub. Onun sözlərinə görə, anası ona qarşı laqeyd davranır, qayğı göstərmir və tez-tez kinayəli ifadələr işlədirmiş. Hadisə günü də anasının növbəti dəfə ona qarşı istehzalı münasibət göstərməsi onda qəzəb yaradıb və nəticədə əlində olan bıçaqla ona zərbələr endirib.

Murad hadisədən sonra bir müddət anasına kömək etmək istədiyini, lakin daha sonra fikrindən daşınaraq qaçdığını bildirib. O, sonradan polis tərəfindən saxlanıldığını və törətdiyi əmələ görə məsuliyyətə cəlb olunduğunu qeyd edib.

Məhkəmədə ifadəsi elan olunduqdan sonra sualları cavablandıran Murad ibtidai istintaq zamanı verdiyi ifadələrin onun sözləri ilə yazıldığını təsdiqləyib. O, hadisədən təxminən 10-15 gün əvvəl narkotik vasitədən istifadə etdiyini söyləyib. Cinayətdə istifadə edilən bıçağı hara atdığını isə xatırlamadığını deyib.

Məhkəmə araşdırmaları zamanı Murad törətdiyi əmələ görə peşman olmadığını da bildirib.

Hökmə əsasən, M.Kazımzadəyə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ittihamdan xaric edilib və o, 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər