Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın ən böyük dondurma şirkəti bağlanır

05.06.2026 12:11 606
Rusiyanın ən böyük dondurma şirkəti bağlanır
Rusiyanın ən iri dondurma istehsalçılarından olan "Russkiy xolod" şirkətinin səhmdarları biznesin ləğv edilməsi barədə qərar qəbul ediblər.

Bu barədə "Kommersant" nəşri məlumat yayıb.

Bağlanma prosesi holdinqə daxil olan bütün müəssisələri əhatə edəcək. Məlumata görə, ləğvetmə qərarını qrupun ticarət və istehsal aktivlərinin sahibləri - "TD Russkiy xolod" SC, "Altayxolod" MMC və "Laquna Koyl" MMC verib. Ləğvetmə komissiyası 18 ay ərzində bütün zəruri tədbirləri həyata keçirməlidir.

Nəşr aydınlaşdırır ki, bu vəziyyətin yaranmasına səbəb nəhəng borc yüküdür: holdinqin dörd hüquqi şəxsinin ümumi öhdəlikləri 12,5 milyard rublu (təxminən 290 milyon manat) ötüb. Məhz bu səbəbdən mayın 1-dən etibarən məhsul tədarükü dayandırılıb və daxili audit yoxlamalarına başlanılıb. Bu fonda Altay diyarı rəhbərliyinə istehsalatın bağlanması və avqustun 8-dən 170-dən çox işçinin ixtisara düşəcəyi barədə bildiriş göndərilib.

Ödəniş qabiliyyətinin olmaması səbəbindən "Fordewind" investisiya-maliyyə qrupu ("Fordevind" MFK MMC) "Russkiy xolod"un müflis elan edilməsi üçün məhkəməyə müraciət etməyə hazırlaşır. Eyni zamanda, məqalədə qeyd olunur ki, "A1" investisiya qrupu biznesi borcları ilə birlikdə 1,5 milyard rubla (təxminən 35 milyon manat) almağa hazır olduğunu bəyan edib.

Son xəbərlər