Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Qanunsuz quş kəsimi sexində reyd aparıldı - Video

04.06.2026 20:54 315
Qanunsuz quş kəsimi sexində reyd aparıldı - Video
“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışında quş əti istehsalı müəssisəsində qida təhlükəsizliyi tələblərinə əməl olunması, sanitar-gigiyenik vəziyyət, istehsal prosesinin düzgün təşkili və müşayiətedici sənədlərin mövcudluğu diqqət mərkəzində saxlanılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Yoxlama zamanı müəssisədə müşayiətedici sənədləri olmayan və baytarlıq ekspertizasından keçirilməyən ümumilikdə 612 baş ev quşu aşkar edilib. Həmçinin kəsim prosesinin sanitar-gigiyenik qaydalara və texniki normativ-hüquqi aktların tələblərinə uyğun aparılmadığı müəyyən olunub.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülərək, quş kəsimi və məhsulların dövriyyəsi qadağan edilib. Məhsullar xüsusi saxlanca yerləşdirilib. Sahibkar barəsində inzibati icraata başlanılıb, müəssisənin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner