Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda toyuq kəsimi sexində nöqsanlar aşkarlandı

17.03.2026 20:38 372
Lənkəranda toyuq kəsimi sexində nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində yoxlama keçirib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Həmçinin temperatur rejiminə əməl edilmədiyi, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədləri də yoxlamaya təqdim edilməyib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner