Livanda serb sülhməramlı öldü - Yaralananlar var
Bu barədə UNIFIL məlumat yayıb.
"Livandakı BMT sülhməramlı missiyasının üzvü, Serbiya vətəndaşı ölkənin cənubundakı Marjayun yaxınlığındakı mövqedə minaatan hücumu nəticəsində aldığı yaralardan ölüb.
Hücum nəticəsində onun digər iki həmkarı, ispan sülhməramlıları yaralanıb. Onlar beynəlxalq missiyanın bazasında müalicə alırlar", - məlumatda qeyd olunub.
UNIFIL hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb.
//unikal.az
