Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Beş milyon manatlıq siqaret qaçaqmalçılığı işi üzrə istintaq yekunlaşdı

04.06.2026 14:33 405
Beş milyon manatlıq siqaret qaçaqmalçılığı işi üzrə istintaq yekunlaşdı
Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ilkin istintaq başa çatıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərə artıq yekun ittiham elan edilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digərləri barəsindəki istintaq sənədləri tanışolma üçün müdafiə tərəfinə təqdim olunub.

Tanışolma prosesi başa çatdıqdan sonra toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədilə saxlama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər xüsusilə ağır cinayət hesab olunur.

Qeyd edək ki, cinayət işləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Təqsirləndirilən şəxslərin hamısı ötən ilin dekabrından həbsdədirlər.

Son xəbərlər