Mojo.az Banner
15:28 Azərbaycanda güclü zəlzələ olub - FOTO  |     15:24 Azərbaycanda 50 min manata qədər məbləğdə cərimələr müəyyənləşir  |     15:12 Azərbaycanda sosial şəbəkələrdə uşaqlar üçün yeni qeydiyyat TƏLƏBLƏRİ müəyyənləşir  |     15:07 İrandan Azərbaycana PUA ilə narkotik daşınmasının qarşısı alınıb  |     15:06 Azərbaycan Portuqaliyada səfirlik açacaq  |     15:05 Xəzər dənizi ilə 400 kiloqrama yaxın narkotiki Azərbaycana gətirən iranlılar hakim qarşısında  |     15:04 Şüvəlanda 66 yaşlı kişi dənizdə boğuldu  |     15:03 Azərbaycanda qadın evində baltalanaraq qətlə yetirildi  |     15:00 Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI  |     14:58 Prezidentin köməkçisi: "Kənd təsərrüfatında istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb"  |     14:57 DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib  |     14:54 Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib? - Araşdırma BAŞLANILDI  |     14:53 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralıların vəziyyəti açıqlandı (Yenilənib)  |     13:21 Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü  |     13:20 Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək  |     13:10 Azərbaycan nefti bahalaşıb  |     13:08 Qadının və bətnindəki dölün ölümünə səbəb olan sürücünün cəzası azaldıldı  |     13:04 Tailand kralının dörd ildir komada olan qızı öldü  |     13:01 "Volkswagen" kütləvi ixtisarlara gedir  |     12:57 İlon Mask tarixdə ilk trilyonçu oldu  |    
Left Banner
Right Banner

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026 15:52 288
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır.

Həmçinin sözügedən nəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar.

Mövcud problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.

İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək.

Bildirilir ki, bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi–"20 Yanvar”–Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq.

Hazırda Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.

Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək.
Sumqayıt-Xırdalan istiqamətindən metronun "Nəriman Nərimanov” stansiyasına hərəkət edən sərnişinlər, "20 Yanvar” dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.

Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək "20 Yanvar” dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.

Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq.

скачать dle 11.3
Mojo.az Banner