Bakda kafedə gecəyarısı dava: "Yanımda olan xanıma söz atdı, söyüşlə danışdı" - TƏFƏRRÜAT
Bakının Nəsimi rayonunda 1990-cı il təvəllüdlü Əkbər kafedə Xalidə (adlar şərti verilib - red.) qarşı quldurluq etməkdə ittiham olunub.
Median.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə ötən il yanvarın 14-də baş verib.
İttihama görə, Tovuz rayon sakini Əkbər gecə saat 03 radələrində kafelərdən birində olarkən, sərxoş vəziyyətdə yaxın masada əyləşmiş Xalidin onlarla olan xanıma baxıb söz atması və söyüş söyməsi səbəbindən onu kənara çəkib. Burada tərəflər arasında mübahisə yaranıb. Əkbər Xalidə yumruq və təpik zərbələri vuraraq, onun 500 manat pulunu götürüb və oradan uzaqlaşıb.
Zərərçəkmiş isə şikayətində bildirib ki, hadisə yerində Əkbər tək olmayıb, bir qrup şəxslə onun üzərinə basqın edib. Buna görə də istintaq orqanı Əkbərin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham irəli sürüb.
Əkbər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində ad günü şənliyindən çıxaraq kafeyə gəldiyini qeyd edib:
"Yanımda qadın da vardı. Xalid xanıma baxdı, ona söz atdı. Mən fikir vermədim, ayağa qalxaraq yerimi dəyişdim. Sonra Xalid söyüşlə danışmağa başladı. Ondan "niyə söyüş söyürsən, kimə söyürsən?" deyə soruşdum. "Elə hamıya söyürəm" cavabını verdi. Xalidlə münasibətləri aydınlaşdırmaq üçün obyektin arxasına çıxdıq. Orada aramızda söz-söhbət, əlbəyaxa dava oldu. Mən həqiqətin ortaya çıxması üçün kafenin içindəki kamera görüntülərinə baxılmasını təklif etdim, lakin buna baxılmadı".
Təqsirləndirilən şəxs zərərçəkmişin pulunun oğurlanması iddiasını rədd edib:
"Davada Samirin də iştirak etdiyi deyilir, amma mən tək olmuşam, yanımda sadəcə iki xanım var idi. Hadisədən sonra zərərçəkmişlə eyni stolda oturmuşam, digər şəxslərdən üzrxahlıq edərək mehribancasına ayrılmışıq. Kafedə 30-40 dəqiqə oturdum, pivə içdim. Xalidin 500 manatını ələ keçirməmişəm".
Zərərçəkmiş Xalidin sözlərinə görə, hadisə günü dostu Səlimlə birlikdə kafeyə istirahət etməyə gedibmiş. O, mahnı sifarişi ucbatından yaranan anlaşılmazlığa görə davanın düşdüyünü bildirib:
"Əkbər münasibətləri aydınlaşdırmaq üçün məni çölə dəvət etdi. Onunla kafenin içərisində söhbət etməyə başladıq, bu vaxt kimsə məni arxadan vurdu. Yerə yıxıldım, altı-yeddi nəfər məni döyməyə başladı. Əkbər də onların arasında idi. Məni vuranlardan biri Samir idi, yalnız onu tanıyırdım. Onlar heç bir irad tutmadan, səbəbsiz yerə anidən məni döyməyə başladılar. Əkbər məni döydükdən sonra özünü Anar kimi təqdim etdi. Mən ayağa qalxaraq kafeni tərk etdim".
Xalid pulların itməsi barədə isə bunları deyib: "Hadisə zamanı cibimdə 526 manat pul var idi. Mobil telefonum yox idi. Pulların 400 manatı yüzlük, 100 manatı əllilik əskinaslardan ibarət idi. Kafedə cəmi 3 manat musiqiçilərə vermişəm. Mağazalar şəbəkəsinin filiallarından birinin qarşısına çatanda əlimi cibimə saldım və pulların yoxa çıxdığı məlum oldu. Hadisə zamanı içkili olmuşam, nə təfərrüatı tam xatırlayıram, nə də Əkbəri tanıyıram. Pulların hara yoxa çıxması və ya kim tərəfindən götürülməsi mənə məlum deyil. Əkbərin quldurluq niyyətini sezməmişəm".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin quldurluq əməli törətməsi sübuta yetirilməyib.
Buna görə də ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Əkbər 128-ci maddə ilə təqsirli bilinib, barəsində amnistiya aktı tətbiq edilərək cəzadan azad olunub.