Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...

02.06.2026 21:52 333
Azərbaycanda yeni iş modeli müzakirə olunur: Gündə cəmi 6 saat...
Son illər dünyada 6 saatlıq iş günü modeli ilə bağlı müzakirələr genişlənir. Xüsusilə psixoloji yüklənmə, işçi məmnuniyyəti və əmək məhsuldarlığı ilə bağlı aparılan araşdırmalar fonunda bir sıra ölkələrdə iş saatlarının azaldılması istiqamətində addımlar atılır.

Azərbaycanda da bu modelin gələcəkdə daha geniş tətbiq olunub-olunmayacağı maraq doğuran məsələlərdənidir. İqtisadçı Vahid Əhmədov bildirib ki, 6 saatlıq iş günü əvvəllər də bəzi sahələrdə tətbiq olunub. Onun sözlərinə görə, xüsusilə ağır və zərərli sahələrdə qısaldılmış iş rejimi praktikası mövcud olub: "Ağır sənaye və zərərli iş yerlərində əvvəllər də altı saatlıq iş günü tətbiq edilirdi. Son vaxtlar isə ümumilikdə iş saatlarının azaldılması məsələsi daha çox müzakirə olunur”. Vahid Əhmədov hesab edir ki, texnologiyaların inkişafı iş rejimlərinin dəyişməsinə təsir göstərir. Azərbaycanda 6 saatlıq iş rejiminin tətbiqinə niyə keçid olunmur? Onlayn iş təcrübəsinin inkişaf etdiyi vaxtda 8-9 saatlıq ofis işinə nə ehtiyac var? Bu, həm də tıxacların azalmasına səbəb olmazmı?

Qaynarinfo xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, ölkəmizdə 6 saatlıq iş rejiminə keçid hazırda o qədər də praktiki deyil: pizza mizza

"Bəzi sahələrdə işçini 12-14 saat işlədirlər. Bütün sahələrdə 8 saatlıq iş rejiminə keçə bilməmişik. Belə olan halda 6 saatlıq iş rejimi müzakirə mövzusu ola bilərmi?! Texnologiya inkişaf etdikcə xarici ölkələrdə biznes sahələri iş vaxtını və iş günlərini qısaldır. Bunun müqabilində onlar nə əmək haqqını azaldırlar, nə də məhsuldarlıq aşağı düşür. Yəni, 8 saata əldə etdikləri iş, 4-5 saata başa gəlir. Nəticədə şirkətlər itirmir, əksinə qazanırlar. Çünki müəssisə də xərclərini azalda bilir. Beləliklə, nə işçi, nə də işə götürən uduzmur. Əvvəlki hasilat norması olduğu kimi qalır. Azərbaycanda bunu özəl sektor tətbiq edə bilər. Dövlət sektorunda isə 8 saatlıq iş rejimidir və mümkün deyil. Özəl qurumlar istəyərlərsə, bunu tətbiq edə bilərlər. Ancaq bir məsələ də var ki, Azərbaycanda sahələrə hələ o səviyyədə yüksək texnologiya, süni intellekt, robot tətbiqi müşahidə edilmir. Bu məsələdə dünyanın əsas aparıcı dövlətlərindən geridəyik. Bu baxımdan ölkəmizdə iş saatının qısaldılması aktual deyil. İşə götürən məsafədən iş məsələsini tətbiq edə bilər. Və ya iş vaxtını qısalda bilər. Bunu qanunla tənzimləyə ehtiyac yoxdur. Təəssüf ki, bəzi sektorlarda, məsələn, tikinti, ticarət kimi sahələrdə işçini 10-12 saat işlədib, 8 saatın pulunu verirlər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, iş saatının qısaldılması vacibdir və tətbiqinə ehtiyac var:

"Pandemiya dönəmindən məsafədən işi təşkili təcrübəsi var. Müəyyən tədbirlər olan zaman bunu məsafədən təşkil etmək olursa, biz bunu niyə il boyu tətbiq etməyək. Digər önəmli məsələ isə 2026-2026-cı illər üçün nəzərdə tutulan rəqəmsal keçiddir. Məsələn, 2019-cu ildən Azərbaycanda elektron çıxarışlara keçid edilib. Çıxarışların bəzilərində köhnə ünvan qeyd olunub, yeni ünvan isə boş saxlanılıb. Vətəndaş ev və ya ofisdən çıxmadan mobil notariatla əməliyyat icra etmək istədikdə bu çıxarış tanınmır. Qeyd edilir ki, əlavə kağızlarla birlikdə notariusa getməyə ehtiyac var. ASAN xidmətə müraciət etdikdə bildirilir ki, əmlak rayonda yerləşdiyi üçün vətəndaş yerli idarəyə getməlidir. Bu göstərir ki, rəqəmsal çıxarış olsa da, hər hansısa çatışmayan elementi düzəltmək üçün yenə də fiziki getməyə ehtiyac var. Bu isə özlüyündə fiziki yüklənməyə zəmin yaradır. Bu baxımdan məsafədən işin təşkili artmalıdır, onlayn müraciət imkanları yaradılmalıdır. Bütün bunlar əlbəttə ki, birbaşa tıxaclara təsir edən məqamlardan biridir”.скачать dle 11.3
Mojo.az Banner