Mojo.az Banner
18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |    
Left Banner
Right Banner

Yeni telefonlar niyə bizə gec və baha gəlir? – Səbəblər açıqlandı

02.06.2026 19:49 735
Yeni telefonlar niyə bizə gec və baha gəlir? – Səbəblər açıqlandı
Azərbaycanda mobil telefonlar və digər texnoloji məhsulların qiymətləri uzun illərdir istehlakçıların narazılığına səbəb olan məsələlərdən biridir. Xüsusilə yeni təqdim olunan smartfon modelləri bir çox inkişaf etmiş ölkələrdə satışa çıxarıldıqdan xeyli müddət sonra yerli bazara gəlsə də, onların qiyməti xarici bazarlarla müqayisədə daha yüksək olur.
Bəs texnoloji məhsullar Azərbaycanda niyə daha bahadır və bu vəziyyətin dəyişməsi mümkündürmü?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov suallarımızı cavablayıb.
İqtisadçı bildirib ki, Azərbaycanda texnoloji məhsullar ona görə bahadır ki, bunların kənardan, fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün belə gətirilməsinə müəyyən məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlərə rüsum, qeydiyyata alınma məsələləridir. Ona görə də yalnız idxalçılar, distribüterlər rolunda Bir neçə şirkət çıxış edir və onlar tərəfindən ölkəyə bu məhsullar gətirildiyinə görə, qiyməti də onlar müəyyən edir.
Pərviz Heydərovun sözlərinə görə, həmin modellərin satışını həyata keçirən distribüterlər arasında rəqabət yoxdur. Bir məhsulun satışı zamanı bir neçə şirkət çıxış edir. Anlamaq olmur ki, məhsulun əsil və birbaşa istehsalçısı kimdir. Ona görə də qiymətlər hədsiz şəkildə formalaşır. Bizdə belə problemlər var.

Ekspert əlavə edib ki, qiymətləri yüksək edən bir amil də bankların stimullaşdırıcı kreditləşdirmə siyasətidir. Yəni, banklar məhsulları satan qurumlarla birbaşa əlaqəyə girərək, hətta müxtəlif kartlar dövriyyəyə buraxaraq o məhsulların satışını genişləndirir. Bu da məhsulun yaxşı satış etməsinə görə imkan yaradır ki, qiymət artırılır. Süni amillərə görə qiymət artımı Azərbaycanda şişirdilir.

Vəziyyətin dəyişməsi məsələsinə toxunan mütəxəssis vurğulayıb:

"Dövlət tərəfindən sözügedən məhsulların fiziki şəxslər tərəfindən ölkəyə gətirilməsinə qoyulan bir sıra məhdudiyyətlər aradan götürülə bilər. Demirəm ki, heç bir rüsum tətbiq edilməsin. Ən azı, əlavə qeydiyyat xərcləri kimi tələblər irəli sürülməsin, limit qoyulmasın. Bundan başqa bir şəxs öz şəxsi istehlakından başqa, dost-tanışı üçün sifariş edibsə, xaricdən o məhsulu rahat gətirə bilsin. Məcbur deyil ki, bu işlə sadəcə sahibkarlar, şirkətlər məşğul olsun. Bir məhsulun satışı və idxalı ilə sadəcə bir şirkət məşğul olur deyə, qiymətlər də yüksək olur".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner