Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Fermer azərbaycanlı merə hücum etdi - Vəziyyəti ağırdır

27.05.2026 20:10 672
Fermer azərbaycanlı merə hücum etdi - Vəziyyəti ağırdır
Ukraynanın Dnepropetrovsk vilayətinin Piatixatki şəhərinin azərbaycanlı meri, 61 yaşlı Hilal İsayev bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalıb.

Median.Az
bu barədə Focus.ua-ya istinadən xəbər verir.

Vilayət polisi bildirib ki, mayın 26-da saat 10:40 radələrində naməlum şəxs məmura hücum edərək ona bıçaq xəsarəti yetirib.

Hilal İsayevi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. İlkin məlumata görə, o, döş qəfəsindən yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.

Müstəntiqlər Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi və 115-ci maddəsinin 1-ci hissəsi üzrə — qəsdən adam öldürməyə cəhd faktı ilə cinayət işi açıblar.

"Suspilne Dnipro” nəşrinin Batkivşina Partiyasının vilayət təşkilatının informasiya-analitik şöbəsinin rəhbəri Vladimir Fedorova istinadən yaydığı məlumata görə, hücum edən şəxs İsayevin qəbul otağına gəlib. Tərəflər arasında mübahisə yaranıb və bundan sonra o, merə bıçaqla zərbə endirib.

"Bu şəxs vilayət şurasının deputatı olub. O, bizim ən güclü fəallarımızdan biridir. Şəhər üçün çox iş görüb və ümid edirəm ki, bundan sonra da belə olacaq. Hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumatım yoxdur. Həkimlər onun həyatını xilas etməyə çalışırlar. Hücum edən isə tanınmış fermerdir. Orada ümumiyyətlə anlaşılmaz vəziyyət yaranıb”, deyə Fedorov bildirib.

Hücum edən şəxsin fermer olduğunu vilayət prokurorluğu da təsdiqləyib. Qurumun mətbuat xidmətinin məlumatına görə, münaqişə meriyanın binası yaxınlığında baş verib.

Hilal İsayev Azərbaycanın Lerik rayonunun Livədirqə kəndində anadan olub və Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, "Kaspi” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə Batkivşina Prtiyasından Dnepropetrovsk Vilayət Şurasının deputatı seçilib. 2019-cu ildə həmin partiyadan Ali Radanın IX çağırışına namizədliyini irəli sürsə də, seçilə bilməyib.

Hilal İsayev 2020-ci ildən etibarən Piatixatki şəhərinin meri vəzifəsini tutur.
//qaynarinfo

Son xəbərlər