Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət etdi

26.05.2026 21:08 492
DMX Bakı-Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) Bakı – Tbilisi – Bakı marşrutu üzrə Azərbaycana səfər edən əcnəbilərə müraciət edib.

Bu barədə DMX məlumat yayıb.

Bildirilib ki, Bakı – Tbilisi – Bakı marşrutu üzrə Azərbaycana səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir.

Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti isə bir təqvim ili ərzində 90 gün müəyyən edilmişdir.

Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin rahatlığının təmin edilməsi, mümkün əlavə prosedurların tətbiqi ilə bağlı yarana biləcək ləngimə hallarının qarşısının alınması məqsədilə miqrasiya qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozması ehtimal edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edənədək Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya baş idarələri (idarələri) və ya "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərələrinə müraciət edə, eləcə də Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə ölkədən gedişlərinə və ölkəyə gəlişlərinə tətbiq edilmiş məhdudiyyət barədə həm ölkə ərazisində olarkən, həm də ölkə ərazisinə gəlmədən məlumat əldə edə bilərlər.

Qeyd edək ki, Bakı – Tbilisi – Bakı marşrutu üzrə hərəkət edən qatarın dayanacağı Böyük Kəsik dəmir yol stansiyasında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti təmin edilmişdir. Qatarın stansiyada dayanacağı müddət ərzində Bakı – Tbilisi – Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışı 2026-cı il 25 may saat 00:00-dan etibarən bərpa edilmişdir.

Son xəbərlər