Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI

26.05.2026 14:50 438
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Qəsdən adam öldürməkdə ittiham olunan Katıf Gülməmmədlinin barəsindəki cinayət işi üzrə məhkəməsi başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2023-cü ildə baş verib. İttihama görə, Şəkidə qeydiyyatda olan 1998-ci il təvəllüdlü K.Gülməmmədov faktiki Bakıda yaşayıb. O, hərbi biletini götürmək üçün Şəkinin İnçə kəndinə - atasının yaşadığı evə gedib. Atası ilə münasibətləri normal olmayan Katıf evdə hərbi biletini axtarıb. O, daha sonra soyuducudan götürdüyü iki ədəd yumurtanı qaz sobasında bişirib yemək istəyərkən atası - 1959-cu il təvəllüdlü İsmayıl Gülüyev evə gəlib və onların arasında mübahisə yaranıb.

İ.Gülüyev yumurta bişirdiyi üçün ona irad tutub. Ata-oğul mübahisə edərkən İ.Gülüyev Katıfın anasının qəbrini və bacısını söyüb. Bundan əsəbiləşən Katıf atasını boğaraq öldürüb. O, daha sonra evi tərk edərək Bakı şəhərinə qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Katıf Gülməmmədli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı mayın Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və K.Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
//oxu.az

Son xəbərlər