Mojo.az Banner
20:09 28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi  |     20:04 Polis axtarışda olan 135 nəfəri saxladı  |     19:56 Magistral yol üzərində ikinci körpünün inşası davam edir  |     19:50 Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO  |     19:43 Ötən gün 2 avtomat silah, 6 tüfəng aşkarlandı  |     19:38 Füzulidə 12 yaşlı uşaq atdan yıxılıb öldü  |     19:30 Şəxsi avtomobillərini saxlamaq üçün yerləri zəncirlədilər - VİDEO  |     19:24 Kanaldan su götürmək istədi - Boğulub öldü  |     19:15 Bakı Qızlar Universitetinin tələbələri köçürüldü  |     19:10 Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərova cinayət işi açıldı  |     19:04 İstanbul polisi silah qaçaqmalçılığının qarşısını aldı: 120 ədəd tapança ələ keçirildi  |     18:57 O da “Qarabağ”dan ayrıldı (FOTO)  |     18:36 Trampın çıxışlarının məzmununa pul qoyuluşu edən şəxs cərimələndi  |     18:20 15 azərbaycanlının olduğu gəmiyə hücum diplomatik gərginlik yaratdı  |     18:05 Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu  |     17:44 Bakı və Abşeronun bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır  |     17:38 Xətaidə narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu  |     17:15 Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı  |     17:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:57 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU  |    
Left Banner
Right Banner

"Formula-1" əfsanəsinin EVİNƏ BASQIN EDİLİB - Başından xəsarət alıb

23.05.2026 19:37 366
"Formula-1"in dördqat çempionu, fransalı Alen Prost İsveçrənin Nion şəhərindəki evinə basqın zamanı başından xəsarət alıb.

Oxu.Az "Blick" nəşrinə istinadən xəbər verir ki, quldur hücumu mayın 19-da səhər saatlarında baş verib.

Maska taxmış naməlum şəxslər avtopilotun evinə soxulublar, yaranan əlbəyaxa dava zamanı o, kəllə-beyin travması alıb. Prostun oğlu zorakılıq hədəsi altında ailəyə məxsus seyfi açmağa məcbur edilib. Konkret nələrin oğurlandığı barədə hələlik heç bir məlumat verilmir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən genişmiqyaslı araşdırma aparılır. Cinayətkarların xaricə qaça biləcəyi ehtimal edildiyi üçün işə Fransa polisi də cəlb olunub.

Xatırladaq ki, Prost "Formula-1" üzrə on üç çempionatın iştirakçısı, dördqat dünya çempionu (1985, 1986, 1989, 1993) və turnirin dördqat vitse-çempionudur. Avtopilot karyerasını başa vurduqdan sonra o, 1997-2001-ci illərdə fəaliyyət göstərən, lakin elə də ciddi uğur qazana bilməyən özünün "Prost Grand Prix" komandasını yaratmışdı.

Alen Prost bütün tarix boyu "Formula-1"in ən yaxşı pilotlarından biri hesab olunur. Özünün səliqəli idarəetmə tərzi və dəqiq hesablanmış yarış strategiyasına görə o, idman dünyasında "Professor" ləqəbini qazanıb.скачать dle 11.3
Mojo.az Banner