Mojo.az Banner
23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |     22:52 Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı  |     22:47 İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO  |     22:39 ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR  |     22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |     22:12 Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər  |     22:07 Tiktokerin işində ekspert rəyi müsbət qiymətləndirib  |     21:59 Avqustda neçə gün iş olmayacaq?  |     21:53 Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır  |     21:45 Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO  |     21:40 Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib  |     21:34 Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu  |     21:26 Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"  |     21:21 Qaqik Xaçatryan: "Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir, bizə çox mehriban münasibət göstərirlər"  |     21:13 Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?  |     21:08 Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edilib  |     21:00 "Araz-Naxçıvan" 2026/27 mövsümündə rəqiblərini bu stadionda qəbul edəcək  |    
Left Banner
Right Banner

Prezidentdən WUF13-lə bağlı PAYLAŞIM

23.05.2026 13:42 276
Prezidentdən WUF13-lə bağlı PAYLAŞIM
Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib.

Median.Az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq toplantı olan daha bir mühüm qlobal tədbirə — WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu.

Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.

Təxminən 60 min iştirakçı ilə rekord sayda iştirakçını bir araya gətirən WUF13 tarixə ən böyük Dünya Şəhərsalma Forumu kimi düşdü.

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Sammiti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi dinamika qazandırdı.

WUF13 çərçivəsində aparılan zəngin və əhatəli müzakirələr iki mühüm yekun sənədin — Sədrin Xülasəsi və Bakı Fəaliyyətə Çağırış sənədinin qəbul olunması ilə nəticələndi.

Urbisid, kultursid və ekosidə məruz qalmış ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi yüksək qiymətləndirilməsindən qürur duyuruq.

Forum zamanı səsləndirilən və yekun sənədlərdə əksini tapan ideyalar — təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunmasına və İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinin ehtiyaclarına qədər — qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək. Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın çoxtərəflilik və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfə kimi qiymətləndirilir”.

скачать dle 11.3



Mojo.az Banner