Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT

22.05.2026 22:02 411
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Rusiyanın Krasnodar şəhərində azərbaycanlı biznesmen Şahlar Novruzov barəsində açılan cinayət işi üzrə məhkəmə başlayıb.

Qaynarinfo "Komersant"a istinadən xəbər verir ki, o, Tuapse dəniz ticarət limanına məxsus "Tuaspe Dəniz Kommersiya Limanı” MMC-nin (TMKP) paylarının idarə olunması zamanı xüsusilə iri məbləğdə dələduzluğa cəhd etməkdə ittiham olunur. İttihama görə, Novruzov 2014-cü ildə müəssisəni "Vonixel Limited” adlı ofşor şirkətə satıb, on il sonra isə ona nəzarəti geri qaytarmaq üçün saxta boşanma prosesi təşkil edib və burada onun qohumu həyat yoldaşı rolunda çıxış edərək sövdələşmənin ləğvini tələb edib.

Krasnodar vilayət məhkəməsi Şahlar Novruzov və Leyla Hacıyeva barəsində iş üzrə ilk əsas dinləməni keçirib. Onlar xüsusilə iri miqyaslı dələduzluğa cəhd və mülki iş üzrə sübutların saxtalaşdırılmasında ittiham olunurlar.

Azərbaycan əsilli Şahlar Novruzov "Kafe Köhnə Bakı” və "Dar Frut” MMC-lərinin direktoru vəzifələrində çalışıb, həmçinin "Tuaspe Dəniz Kommersiya Limanı (TMKP)”, "TMKP Müəssisəsi” və "Temryuk Dəniz Yükləmə Terminalı” şirkətlərinə sahib olub. Tuapsedə yerləşən bu liman müəssisələri Rusiyanın cənubuna meyvə-tərəvəz idxalının mühüm hissəsini təmin edir. Jurnalistlərin məhkəmə zalına girişi məhdudlaşdırılıb, prosesin qapalı keçirildiyi bildirilib.

Məlumata görə, Novruzov və Hacıyevanın cinayət təqibi TMKP şirkətinin sahiblik strukturunun dəyişməsi ilə bağlıdır.

2014-cü ilin oktyabrında Şahlar Novruzov Oleq Basindən "Tuaspe Dəniz Kommersiya Limanı” MMC-nin 100 faiz payını alıb. Həmin ilin dekabrında isə bu payları Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş "Vonixel Limited” şirkətinə ötürüb. Bunun qarşılığında Novruzov həmin şirkətin səhmlərini əldə edib və liman üzərində nəzarət xarici struktura keçib.

2022-ci ildə Britaniya Vircin adaları Rusiya tərəfindən "dost olmayan ölkələr” siyahısına daxil edilib. İttihama görə, məhz bu dövrdə Novruzov biznesi yenidən öz nəzarətinə qaytarmaq barədə plan qurub ki, Rusiya nəzarət orqanlarının diqqətindən yayınsın.

Planın həyata keçirilməsi üçün Novruzov qohumu Leyla Hacıyevanı özünü onun həyat yoldaşı kimi təqdim etməyə razı salıb. İstintaqın versiyasına görə, plan ondan ibarət olub ki, nikahın mövcudluğu barədə iddia əsasında sövdələşmə məhkəmə qaydasında ləğv edilsin. 2024-cü ilin fevralında Hacıyeva Krasnodarın Priqubanski rayon məhkəməsinə boşanma və TMKP paylarının "Vonixel Limited”ə ötürülməsi müqaviləsinin etibarsız sayılması barədə ərizə verib.

O, 2014-cü ildə Azərbaycanda bağlanmış nikah haqqında sənəd təqdim edib. Lakin Rusiya hüquq-mühafizə orqanları araşdırma zamanı Novruzov və Hacıyeva arasında real nikahın olmadığını müəyyən etdiklərini bildiriblər. 2025-ci ilin martında dələduzluğa cəhd faktı üzrə cinayət işi açılıb, Novruzov həbs olunub və hazırda həbsdədir.

"Komersant”ın məlumatına görə, həm biznesmen, həm də onun qohumu ittihamları qəbul etmir və nikahın saxta olduğunun sübuta yetirilmədiyini bildirirlər. Müdafiə tərəfi isə TMKP aktivləri ilə bağlı bütün əməliyyatların qanuni olduğunu iddia edir.

2025-ci ilin noyabrında Krasnodar arbitraj məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Şahlar Novruzova məxsus əmlakı, o cümlədən "Tuaspe Dəniz Kommersiya Limanı”, "TMKP Müəssisəsi”, "Dar Frut” və "Temryuk Dəniz Yükləmə Terminalı” şirkətlərini Rusiya Federasiyasının mülkiyyətinə keçirib. Məhkəmə qərarında qeyd olunub ki, bu aktivlər strateji əhəmiyyətli təsərrüfat cəmiyyətlərinə xarici investisiyaların cəlb edilməsi qaydalarının pozulması ilə əldə edilib və Rusiya hökumətində tələb olunan razılaşdırma aparılmayıb.

скачать dle 11.3
Mojo.az Banner