Mojo.az Banner
22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəbrayılda Bərəkət Festivalı keçiriləcək

22.05.2026 17:52 402
Cəbrayılda Bərəkət Festivalı keçiriləcək
27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində "Qurban Yarmarkası - Bərəkət Festivalı" keçiriləcək.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıqlar birbaşa satışa çıxarılacaq. Yarmarkada qonaqlar üçün - yerində kəsim xidməti, milli mətbəx nümunələri, canlı musiqi proqramı, həmçinin uşaqlar üçün əyləncə zonaları nəzərdə tutulur.

Festival Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla təşkil edilir. Məqsəd yerli fermerlərə dəstək olmaq, bölgədə kənd təsərrüfatı fəaliyyətini təşviq etmək və qurbanlıq heyvanların alışını daha rahat və təşkilatlanmış formada həyata keçirməkdir. Korporativ və sosial məqsədli qurban paylarının təşkili üçün platforma rolunu oynayacaq tədbir şirkət və qurumların birbaşa fermerlərlə işgüzar əlaqələrini təmin edəcək.скачать dle 11.3
Mojo.az Banner