Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Sürücülərə ŞAD XƏBƏR: Əsas magistral yollardan biri təmir olundu

19.05.2026 22:15 795
Sürücülərə ŞAD XƏBƏR: Əsas magistral yollardan biri təmir olundu
Muğanlı-İsmayıllı avtomobil yolunun 5.2 kilometrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yolun istismar müddətində deformasiyaya uğramış hissələrinin bərpası və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ərazidə kompleks tədbirlər həyata keçirilib.

Bu çərçivədə köhnə və yararsız asfalt örtüyü xüsusi texnikalar vasitəsilə frezlənərək kənarlaşdırılıb, daha sonra həmin hissəyə yeni asfalt-beton örtüyü döşənib. Bununla yanaşı, sürüşmə nəticəsində zədələnmiş ərazidə bərpa işləri aparılıb, torpaq kütlələri təmizlənərək yol yatağı möhkəmləndirilib.

Aparılan işlər çərçivəsində yolun texniki göstəricilərinin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətinin təmin olunması əsas prioritet olub. Yenilənmiş yol hissəsi həm sürücülərin rahat gediş-gəlişinə, həm də ərazidə nəqliyyat axınının fasiləsiz təşkilinə imkan yaradıb.

Görülən tədbirlər nəticəsində Muğanlı-İsmayıllı avtomobil yolunda hərəkətin təhlükəsizlik səviyyəsi artırılıb və yol infrastrukturunun dayanıqlılığı daha da gücləndirilib.

Son xəbərlər