Gürcüstanda yeddi azərbaycanlı gəncin həlak olduğu qəzanın ANBAAN VİDEOSU - ADLAR və TƏFƏRRÜAT (YENİLƏNİB/VİDEO)
Həlak olanlar demək olar ki, hamısı 18 yaşlı gənclər olub.
Ölən şəxslərdən Kamil və Şamil Əliyevlər qardaş olublar.
* * * * *
Şərqi Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayonunun Birliki kəndində yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobil ağaca çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və ya ölümlə nəticələnən nəqliyyat vasitəsinin idarə edilməsi qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başlanıb.
Ölən şəxslərin azərbaycanlı olduğu bildirilir.
//unikal.az
