Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

İdarə etmədiyi avtomobilə görə sürücülük hüququ məhdudlaşdırıldı - Həll yolu nədir? - VİDEO

13.05.2026 11:45 2 961
İdarə etmədiyi avtomobilə görə sürücülük hüququ məhdudlaşdırıldı - Həll yolu nədir? - VİDEO
Bir il əvvəl işdən çıxan vətəndaşın ünvanına əvvəllər idarə etdiyi avtomobilə aid cərimələr gəlir. Vətəndaş bu səbəbdən hətta sürücülük vəsiqəsindən də olub.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində kirayədə yaşayan sürücü İftixar Cəfərovun iddiasına görə, bir il əvvəl Bakıda fəaliyyət göstərən taksi şirkətindən ayrılmasına baxmayaraq, onun adına olan etibarnamə və sürücülük məlumatları sistemdən silinməyib. Nəticədə müxtəlif yol hərəkəti qaydaları pozuntularına görə yazılan cərimələr onun adına rəsmiləşdirilib.

Sürücü bildirir ki, başqasının idarə etdiyi avtomobilə görə tətbiq edilən cərimələr səbəbindən sürücülük vəsiqəsi 6 aylıq məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Mərkəzi İnformasiya Sistemində həmin şəxs sonuncu etibarnaməsi olan şəxs kimi görünür. Mövcud qanunvericiliyə uyğun olaraq elektron formada tərtib olunan protokol sonuncu etibarnamə verilmiş şəxs barəsində tərtib edilir. Adına rəsmiləşdirilmiş elektron protokolun dəyişdirilməsi üçün isə həmin şəxs avtomobili faktiki idarə edən şəxslə birlikdə müraciət etməlidir. Bu halda Mərkəzi İnformasiya Sistemində müvafiq dəyişiklik aparıla bilər.
скачать dle 11.3
Mojo.az Banner