Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:20 İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi | 14:13 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi | 14:02 Mingəçevirdə gənc bıçaqlanıb | 13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı

09.05.2026 17:04 1 677
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü N.B. 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb.

Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir.

Məlumata görə, hazırda ananın və körpənin vəziyyəti qənaətbəxşdir.

Hazırda polis tərəfindən istintaq araşdırmaları aparılır.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hadisə bir daha göstərir ki, azyaşlılarla bağlı məsuliyyət məsələsinə birtərəfli yanaşmaq doğru deyil:

"Burada həm qız, həm də oğlan tərəfinin ailə mühiti, valideyn nəzarəti, məktəblə münasibəti və uşaqlar üzərində qurulan tərbiyə modeli mühüm rol oynayır. Xüsusilə də zorakılıq və hüquq pozuntusuna səbəb olan davranışların qarşısının alınmasında oğlan uşaqlarının düzgün tərbiyəsi, məsuliyyət hissinin formalaşdırılması və qadına, uşağa münasibətdə sağlam düşüncənin aşılanması vacibdir.

Uşaqların yalnız qız olduqları üçün "qorunmalı", oğlan olduqları üçün isə "sərbəst" böyüdülməsi gələcəkdə bu cür ağır nəticələrə gətirib çıxara bilir. Ailə daxilində nəzarət, məktəblə davamlı əlaqə, yeniyetmələrin davranış və münasibətlərinin vaxtında izlənməsi hər iki tərəf üçün eyni dərəcədə vacibdir.

Məsələnin hüquqi tərəfi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Amma cəmiyyət olaraq qəbul etməliyik ki, azyaşlıların həyatına təsir edən belə hadisələrin qarşısını yalnız bir tərəfi günahlandırmaqla deyil, ailə, məktəb və ümumi sosial məsuliyyəti birlikdə gücləndirməklə almaq mümkündür".

Son xəbərlər