Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Sumqayıt"ın stadionunda ölüm hadisəsi

07.05.2026 15:37 519
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda meyit tapılıb.

Hadisə barədə "Sumqayıt24.az" məlumat yayıb.

Hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Stadionda Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşkarlanıb.

Məsələ ilə əlaqədar "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev Fanat.az-a açıqlama verib: "Mən də xəbəri saytlarda gördüm. Həmin şəxsin klubla heç bir əlaqəsi yoxdur".

Son xəbərlər