Mojo.az Banner
12:21 Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI  |     12:20 Dövlətə xəyanətə görə Turalbəy Mehdiyevə HÖKM OXUNDU  |     12:19 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ  |     12:17 Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı (Yenilənib)  |     12:15 Sumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ  |     12:15 İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO  |     12:13 Azərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək  |     11:55 Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu? - Video  |     11:50 Azərbaycanda 79 nəfər zəhərlənib, 5 nəfər ölüb  |     11:49 İsveç saxta bayraq altında üzən gəmini saxladı  |     11:47 Yaxın Şərqdəki gərginliyin əks-sədası: Azərbaycanın təkər bazarında qıtlıq yarandı - Video  |     11:45 Maştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - Video  |     11:42 Alyona Əliyeva "Baku Fashion Week" moda həftəsindən paylaşım edib - FOTO  |     11:36 Türkiyədə təhsil alan azərbaycanlı gənc faciəli şəkildə HƏLAK OLDU - FOTO  |     11:31 "Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekordu  |     11:17 "Brent" markalı neft ucuzlaşır - SON QİYMƏT  |     23:50 Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA  |     22:50 Əhməd təkrar cinayət törədib? - ŞOK SƏS YAZISI  |     22:41 Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü  |     22:34 Polisdən əməliyyat, saxlanılanlar var  |    
Left Banner
Right Banner

"Ən böyük arzum prokuror olmaqdır" - Maksimal bal toplayan Səma

02.05.2026 20:05 114
"Repetitor yanına getmək kifayət deyil, eyni zamanda davamlı məktəbə gedib dərsləri yaxşı oxumaq lazımdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında 9-cu sinif şagirdlərinin buraxılış imtahanında maksimum bal toplayan Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdi Səma Dünyamin qızı Hətəmli söyləyib.

O, birinci sinfə gedəndən dərslərini yaxşı oxuduğunu qeyd edib:

"Mən birinci sinifdə oxuyan vaxtdan dərslərimi yaxşı oxumağa başladım. Doqquzuncu sinifdən etibarən repetitor yanına getdim. Bir çox uşaqlar düşünür ki, yalnız repetitor yanına getməklə yüksək nəticə əldə etmək mümkündür. Amma mən belə düşünmürəm. Məncə, repetitor sadəcə istiqamət göstərən bir dəstəkdir.

Əgər şagird məktəbdə dərslərini diqqətlə oxumasa, müəllimlərini dinləməsə və özü çalışmasa, yüksək nəticə qazanmaq çətin olar. Uğurun əsas sirri insanın öz zəhməti, məsuliyyəti və davamlı çalışmasıdır.

Mən də uğur qazanmaq üçün həm məktəb dərslərimə ciddi yanaşdım, həm də repetitor məşğələlərindən düzgün faydalanmağa çalışdım. Ən böyük arzum prokuror olmaqdır. Arzuma çatmaq üçün ailəm, doğmalarım daima mənə dəstək olurlar".

O, nəticəsini gördüyü uğurun sirlərindən də danışıb:

"Uğurun sirri hər kəs üçün fərqlidir. Hər insan uğura gedən yolda müxtəlif çətinliklərdən və fərqli mərhələlərdən keçir. Amma ən mühüm məsələ insanın qarşısına məqsəd qoyması və o məqsədə çatmaq üçün əzm, iradə və inamla çalışmasıdır.

Aşağı nəticə əldə etdikdə məyus olmaq yox, əksinə bundan motivasiya almaq daha vacibdir. İnsan zəif olduğu mövzular üzərində daha çox işləməli, özünü inkişaf etdirmək üçün daim çalışmalıdır. Çünki uğur təsadüfən qazanmır — uğur davamlı zəhmətin, səbrin və intizamın nəticəsidir.

Uğur qazanmaq istəyən insan mütəmadi şəkildə çalışmalı, vaxtını düzgün dəyərləndirməli və oxuduğu dərslərin keyfiyyətinə xüsusi önəm verməlidir. Ən əsası isə insan özünə inanmalıdır. İnam və zəhmət bir araya gəldikdə, qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür."

Səma builki imtahan suallarının onun üçün çox çətin olmadığını, bundan öncə daha ağır testlər işlədiyini də vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner