Mojo.az Banner
19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA

01.05.2026 18:47 297
Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA
Azərbaycan Həndbol Federasiyasında çalışan idmançılar və məşqçilər aylardır maaş ala boilmir.

Bu barədə Baku.ws-in "qaynar xətti"nə komandanın üzvləri müraciət edib.

Məlumata görə, artıq bir neçə aydır əməkhaqları ödənilmir.

"Yanvar ayında bütün idmançılar üçün VÖEN açılsa da, yalnız bir aylıq ödəniş edilib. Hazırda federasiyada və klublarda təxminən 200-250 nəfər maaş ala bilmir".

Həmçinin qeyd olunub ki, komanda üzvləri ilə rəsmi əmək müqaviləsi bağlanmayıb.

"Federasiya artıq 10 ildir həndbol fəaliyyəti ilə məşğuldur və bu 10 il ərzində bizə rəsmi şəkildə işlə təmin olunacağımız vəd edilib. Lakin reallıqda bu vədlərin heç biri yerinə yetirilməyib".

Məsələ ilə bağlı federasiyanın baş katibi Yusif Atakişiyevlə əlaqə saxladıq. O BAKU.WS-ə açıqlama verərək maliyyə çətinliklərinin olduğunu təsdiqləyib.

Təəssüf hissi ilə bildiririk ki, Federasiyanin maliyyə sıxıntıları var. 3 ay yox 2 aydır ki əməkhaqqlarını ödəyə bilmirik. O da doğrudur ki, VÖEN-lə ödəniş etmişik, oyunçu və məşqçilərlə xidməti müqavilə bağlamışıq.скачать dle 11.3
Mojo.az Banner