Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə

28.04.2026 22:53 435
Fiziki şəxslər arasında pul borcunun, o cümlədən faizlə verilməsinin artması bu münasibətlərin hüquqi tərəfləri ilə bağlı sualları da gündəmə gətirir. Əsas sual isə ondan ibarətdir ki, rəsmi müqavilə olmadan həyata keçirilən borc münasibətləri hansı riskləri yaradır və vətəndaşlar öz hüquqlarını necə qoruya bilərlər.

Median.Az
xəbər verir ki, Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, fiziki şəxslər arasında faizlə borc vermək qanunla qadağan edilməsə də, rəsmi müqavilənin olmaması həm borc verən, həm də borc alan üçün ciddi hüquqi risklər yaradır.

"Əsas risk ondan ibarətdir ki, yazılı sənəd olmadıqda pulun verilməsi faktını və razılaşdırılmış faiz dərəcəsini məhkəmədə sübut etmək çox çətinləşir. Azərbaycan qanunvericiliyinə görə, məbləğ 3,000 manatdan yuxarıdırsa, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Əks halda, mübahisə yarandıqda tərəflər şahid ifadələrinə əsaslana bilməzlər. Şifahi razılaşmalar zamanı borclunun pulu aldığını inkar etməsi və ya faiz miqdarı ilə bağlı yalan danışması pulun geri alınmasını qeyri-mümkün edə bilər".

Vəkil bildirib ki,vətəndaşlar öz hüquqlarını qorumaq üçün ilk növbədə borc münasibətlərini notarial qaydada təsdiq olunmuş müqavilə ilə rəsmiləşdirməlidirlər.

"Bu, ən təhlükəsiz yoldur, çünki notarius tərəfindən təsdiq edilmiş sənəd birbaşa icra sənədi kimi çıxış edə bilər. Əgər notariusa getmək mümkün deyilsə, ən azı borc alan şəxsin öz xətti ilə yazdığı və imzaladığı iltizamnamə (kvitansiya) alınmalıdır. Həmçinin, pulu nağd deyil, bank hesabı vasitəsilə köçürmək və təyinat bölməsində "borc verilir" sözlərini yazmaq gələcəkdə ən güclü sübutlardan biri hesab olunur. Unutmaq olmaz ki, yazılı sənəd və ya bank çıxarışı olmadıqda, hüquqi müstəvidə haqlı olduğunuzu sübut etmək çox vaxt itkisinə və maddi zərərə yol aça bilər".

Hüquqlarını qorumaq istəyən vətəndaşlara borc münasibətlərini mütləq notarial qaydada rəsmiləşdirmək tövsiyə olunur. Bu üsul ən etibarlı yol sayılır, çünki notariusun təsdiq etdiyi sənəd birbaşa icra sənədi rolunu oynayır. Əgər notariusa getmək imkanı yoxdursa, borc alan şəxsin öz xətti ilə yazdığı və imzaladığı iltizamnamə alınmalıdır.

Bundan əlavə, vəkil vətəndaşlara pulu nağd deyil, bank hesabı vasitəsilə köçürməyi məsləhət görür. Köçürmə zamanı təyinat bölməsində "borc verilir" qeydinin yazılması gələcəkdə ən güclü sübutlardan biri kimi qəbul edilir. Yazılı sənəd və ya bank çıxarışı olmadığı təqdirdə, hüquqi müstəvidə haqlılığı sübut etmək həm vaxt itkisinə, həm də maddi zərərə səbəb olur.

Qısası, birinə borc verərkən şifahi razılaşmaya güvənmək gələcəkdə pulunuzu itirməyinizə səbəb ola bilər, buna görə də hər şeyi kağız üzərinə köçürmək və ya bank vasitəsilə göndərmək şərtdir.скачать dle 11.3
Mojo.az Banner