Mojo.az Banner
13:40 "Porsche" "Bugatti" brendindən imtina edir  |     13:36 Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş - TƏFƏRRÜAT (Video)  |     13:32 Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA  |     13:13 Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu  |     23:19 Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - Video  |     22:44 Bazarqanov Avropa çempionatında finala yüksəldi  |     22:36 Azərbaycan Ukraynadan məhsul idxalını artırdı  |     22:30 Gəncə sakini qonşusu tərəfindən bıçaqlandı  |     22:23 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - Video  |     22:14 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı  |     22:09 Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb - FOTO  |     22:01 ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır  |     21:56 Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı  |     21:49 Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı  |     21:43 İran bu şəhərlərə uçuşları bərpa edir  |     21:38 "Beşiktaş"ın sabiq futbolçusu vəfat etdi  |     21:31 Göygöldə təcili yardım maşını qəzaya düşdü  |     21:26 "Son zəng" tədbirləri ilə bağlı təlimat: Şagirdlər məktəbli formasında olmalıdır  |     21:17 Maduronun həbsini mərc etdi - 400 min qazandı  |     21:12 Şənbə günü yağış yağacaq  |    
Left Banner
Right Banner

Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı

24.04.2026 12:47 147
Sələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı
Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində, adətən, "sələmçilik" deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır:

"Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər - borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir.

Bundan əlavə, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur. Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir.

Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə gerçəkləşdirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.

Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.

Bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur:

- borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək;

- müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək;

- ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək;

- bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək;

Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur".скачать dle 11.3
Mojo.az Banner