Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Aİ-nin Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı - SƏBƏB

27.04.2026 17:09 534
Aİ-nin Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı - SƏBƏB
Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinski Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb onun Gürcüstan hakimiyyətinin siyasətini çox sərt tənqid etməsidir.

Bu barədə məlumat nazirliyin saytında dərc olunub.

"Xarici işlər naziri Maka Boçorişvili səfirlə görüşdə vurğulayıb ki, Brüsselin Gürcüstana qarşı hazırkı siyasəti, rəsmi Tbilisi ilə bağlı atılan addımlar və verilən bəyanatlar tərəflər arasında etimadı sarsıdır və tərəfdaşlığa xələl gətirir", - deyə açıqlamada qeyd edilib:

"Təəssüf ki, Brüsselin hərəkətləri yalnız Gürcüstan cəmiyyətini daha da qütbləşdirmək və radikal gündəmi təşviq etmək istiqamətində atılan addımlar kimi qəbul edilə bilər".

Nazir qeyd edib ki, Gürcüstan hökuməti konstruktiv dialoqa hazır olduğunu ardıcıl olaraq ifadə edib və Avropa İttifaqından ədalətli və hörmətli münasibət gözləyir.

Xatırladaq ki, bundan əvvəl Herçinski mətbuat nümayəndələrinə bildirib ki, Avropa İttifaqı gürcü xalqının zorakılığa, vətəndaş müharibəsinə, yoxsulluğa, korrupsiyaya və qaranlıq dövrə qayıtmasına imkan verməməlidir.

Son xəbərlər