Mojo.az Banner
22:58 Gilas hansı xəstəliklərdən qoruyur?  |     22:50 64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı  |     22:48 Mourinyo onları "Real"da görmək istəmir  |     22:44 Polşanın axtarışa verdiyi azərbaycanlı həbs olundu  |     22:36 Seçkilərin yekun nəticələri sabah açıqlanacaq  |     22:29 2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular  |     22:21 Kommunal xidmətlərə hansı bölgələrdə nə qədər pul xərclənir? (SİYAHI)  |     22:17 Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edildi  |     22:11 Kasko sığortanı seçənlər problem yaşamamaq üçün nə etməlidirlər? (VİDEO)  |     22:04 Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI (Yenilənib)  |     21:58 Şəhid anası vəfat etdi  |     21:51 Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıtdı  |     21:44 Ramiz Mehdiyevin ailə bankı BOKT oldu  |     21:39 Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu  |     21:30 Türkiyə Ermənistanla SƏRHƏDİ AÇDI  |     21:25 Qazaxıstanda internetlə bağlı qaydalar sərtləşdirilir: Söyüş yazanlar cərimə oluncaqlar  |     21:18 Çimərliklərdə tullantı problemi: Sahillərdəki antisanitariya sağlamlığa necə təsir edir? (VİDEO)  |     21:10 Fransada "Puşkin Əməliyyatı" - Kitab oğruları həbs edildi  |     21:05 Millimiz dünya çempionu oldu  |     20:58 Toylarda spirtli içki ləğv olunur? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır

27.04.2026 15:42 402
Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır
Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.

Bu barədə dövlət xidməti məlumat yayıb.

Bildirilib ki, bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəminin qorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpa olunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşlar orijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarası birləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilinin aşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucu məhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işləri görüləcək.

Bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərin istifadəsinə veriləcək.

Qeyd edək ki, bir neçə il öncə Dairəvi qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Sonrakı dövrdə bərpa ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırılıb və müsbət ekspert rəyi alınıb.

Məlumat üçün bildirək ki, cənub dayaq məntəqəsi olan Dairəvi qalanın (hündürlüyü 20 metr, diametri 72 metr) statusu isə zaman-zaman dəyişib. Qala 1869-cu ildən 1959-cu ilə qədər həbsxana kimi istifadə olunub. Məhz buna görə də qalaya "Zindan qala" deyilir. Tarixi qalada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də dustaq kimi saxlanılıb. Lakin sonradan yoldaşlarının köməyi ilə həbsdən qaça bilib. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, qalada 310 nəfərə qədər məhbus saxlanılıb. Dustaqlar buraya Dairəvi qala ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu yeraltı yolda iki nəfər sərbəst hərəkət edə bilirmiş. Sonradan həmin yol yeraltı sularla dolduğuna görə hazırda istifadəsi mümkün deyil. 1970-1990-cı illərdə qalada tikiş sexi fəaliyyət göstərib.скачать dle 11.3
Mojo.az Banner