Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

Vaşinqtonda atəş açılan tədbirdən qaçanlar spirtli içkiləri niyə götürüblər?

27.04.2026 11:38 711
Vaşinqtonda atəş açılan tədbirdən qaçanlar spirtli içkiləri niyə götürüblər?
"Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının atışma baş verən tədbirində iştirak edən qonaqlar özləri ilə spirtli içki şüşələrini aparıblar".

Bu barədə "The New York Post" qəzeti məlumat yayıb. Nəşrin xəbərinə əsasən, Prezident Donald Trampın da qatıldığı tədbirdə atəş açılması səbəbindən iştirakçılar "Washington Hilton" otelinin banket zalını tərk edərkən, bəzi şəxslər yemək masasına yaxınlaşaraq spirtli içki şüşələrini götürərək otaqdan çıxıblar. Bu anlar kameralar tərəfindən qeydə alınıb və həmin görüntülər internet resurslarında geniş yayılıb. Qəzet əlavə edib ki, bu hərəkəti edən tədbir iştirakçılarının şəxsiyyəti hələlik müəyyən edilməyib.

Sosial şəbəkələrdə insanların bir qismi dəvət olunmuş qonaqların bu hərəkətini biabırçılıq adlandırıblar. Digərləri isə qəbulda iştirak haqqının 350 dollardan çox olduğunu və tədbirin vaxtından əvvəl başa çatdığını əsas gətirərək, bu cür davranışın normal olduğunu qeyd ediblər.
//oxu.az

Son xəbərlər