Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? - Ditetoloqlar açıqladı

25.04.2026 20:17 588
Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? - Ditetoloqlar açıqladı
İnək südü zülal, həmçinin kalsium, maqnezium və kalium kimi mineralların mənbəyidir. 

"Realsimple” nəşrinin yazdığına görə, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, 1 stəkan (249 qram) tam südün qida dəyəri belədir:

* kalori: 152;
* zülal: 8,14 qram;
* karbohidrat: 11,5 qram;
* yağ: 6,9 qram;
* kalsium: 306 milliqram;
* maqnezium: 29,6 milliqram;
* fosfor: 251 milliqram;
* kalium: 374 milliqram;
* natrium: 94,6 milliqram;
* az miqdarda sink, selen və yod.

Gündəlik süd içməyin təsiri

Sümükləri möhkəmləndirir

"Gündəlik süd qəbulu tərkibindəki kalsium, D vitamini və fosfor sayəsində sümüklərin sağlamlığını dəstəkləyir və onları möhkəmləndirir”, deyə diyetoloq Loren Manaker bildirib.

"Kalsium sümük toxumasını qoruyan əsas mineraldır, D vitamini isə kalsiumun mənimsənilməsini yaxşılaşdırır və köhnə sümük toxumasının yenisi ilə əvəz olunması prosesini dəstəkləyir. Fosfor isə kalsiumla birlikdə sümüklərin strukturunu gücləndirərək onların sıxlığını və möhkəmliyini artırır”, deyə o əlavə edib.

Əzələ inkişafına kömək edir

"Süd əlçatan və iqtisadi zülal mənbəyidir”, deyə Kornell Universitetinin qidalanma üzrə tədqiqatlar kafedrasının müəllimi Edrienn Bitar bildirib.

"Südün tərkibində orqanizm üçün vacib amin turşuları olan zərdab və kazein zülalları var ki, onlar əzələlərin bərpası və inkişafı üçün vacibdir”, deyə Manaker izah edib.

Onun sözlərinə görə, zərdab zülalı tez həzm olunur və məşqdən sonra bərpa üçün idealdır, kazein isə daha yavaş mənimsənilir və uzun müddət ərzində əzələləri qidalandırır: "Bu iki zülal birlikdə müntəzəm məşq zamanı əzələ artımına, gücə və bərpaya kömək edir".

Toxluq hissi yaradır

Gündəlik rasionda süd toxluq hissini artırır. Bu, əsasən zülalın yüksək olması ilə bağlıdır. "Süd yüksək keyfiyyətli zülal ehtiva edir, bu da həzmi ləngidir və aclıq hormonlarını tənzimləyərək uzun müddət toxluq hissi yaradır”, deyə Manaker qeyd edib.

Bundan əlavə, 2 faizli və ya tam südün tərkibində olan yağ bu təsiri daha da gücləndirərək davamlı enerji mənbəyi yaradır.

Ürək sağlamlığını dəstəkləyir

"Gündəlik süd qəbulu kalsium, kalium və maqnezium sayəsində ürək sağlamlığını dəstəkləyir”, deyə Manaker bildirib.

Bu minerallar yüksək qan təzyiqinin azalmasına kömək edir ki, bu da ürək-damar xəstəlikləri üçün əsas risk faktorudur. Kalsium damarların düzgün yığılmasını və boşalmasını təmin edir, kalium natriumun təsirini azaldır, maqnezium isə damarları genişləndirərək təzyiqi tənzimləyir.

Gündəlik süd içməyin mənfi tərəfləri

"Əksər insanlar üçün gündəlik süd qəbulu təhlükəsiz və faydalıdır, əgər süd allergiyası yoxdursa”, deyə Manaker bildirib.

Lakin laktoza dözümsüzlüyü olan şəxslərə süd içmək tövsiyə olunmur.

Nə qədər süd içmək lazımdır?

Böyüklər üçün tövsiyə olunan gündəlik norma üç porsiya süd və ya süd məhsuludur. Bitar qeyd edib ki, üç porsiya süd məhsulu əksər insanlara gündəlik kalsium ehtiyacını ödəməyə kömək edir. "Lakin 50 yaşdan yuxarı qadınlara gündə 1200 milliqram kalsium almaq üçün dörd porsiya süd və ya süd məhsulu lazımdır”, deyə o əlavə edib.
//qaynar.az

Son xəbərlər