Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Bakıda magistral su kəmərlərinin üstünü kimlərə satıblar? - Maraqlı detallar

25.04.2026 19:42 444
Bakıda magistral su kəmərlərinin üstünü kimlərə satıblar? - Maraqlı detallar
Paytaxtın kanalizasiya və su sistemi iflic vəziyyətindədir. Bakının magistral su kəmərlərinin sanitar-mühafizə zonaları, hətta boruların düz üstü rəsmən özəlləşdirilib.

Median.Az
“Müsavat”a istinadən xəbər verir ki, vətəndaşlar Bəkir Çobanzadə küçəsi, giriş 240 ünvanında baş verən qanunsuzluqlarla bağlı Baş nazirin müavini Şahin Mustafayevə və digər ali instansiyalara müraciət ünvanlayıb.

O, magistral su borusunun üzərindəki torpağa verilmiş çıxarışın ləğv olunmasını, strateji ərazinin zəbtdən azad edilməsinin vacibliyini diqqətə çatdırıb. Əks halda, baş verəcək növbəti texnogen qəzanın və insan itkisinin məsuliyyətini bu qanunsuzluğa imza atanlar daşıyacaq.

Hacıbala Abutalıbovun “son iş günü” hədiyyəsi?

Araşdırmalar zamanı məlum olan ən sarsıdıcı məqam Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun fəaliyyəti ilə bağlıdır. Belə ki, Abutalıbovun vəzifədə olduğu son iş günündə - 20 aprel 2018-ci ildə Nizami rayonu, Çobanzadə küçəsində yerləşən strateji su obyektlərinin taleyi bir imza ilə dəyişib. Həmin tarixdə bağlanmış 1460 saylı icarə müqaviləsi ilə yüksək təzyiqli, nəhəng diametrli (630 mm, 1220 mm və 1420 mm-lik!) magistral su kəmərlərinin mühafizə zonası “abadlıq və sahibkarlıq” adı altında Cəlal Əli oğlu Həmidova verilib. Şəhərin su təchizatının ana damarlarından söhbət gedir. Bu gün həmin ərazi ətrafında oyunlar daha da intensivləşib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə bağlı əraziyə qanunsuz mülkiyyət hüququ əldə edilməsi ilə qonşuların mülkiyyət hüququna müdaxiləsinə dair şikayət də araşdırılır.

Belə bir vaxtda Cəlal Həmidovun qəyyumu Tamara Həmidova artıq Nizami Rayon İcra Hakimiyyətini rəsmi xəbərdar edərək, həmin strateji boruların üstündə tikinti işlərinə başlayacağını bəyan edib. Daha bir müəmmalı məqam isə torpağın təyinatının “sehrli əl” vasitəsilə dəyişdirilməsidir. Əvvəllər sənaye, nəqliyyat və rabitə təyinatlı olan bu torpaqlar, hansısa yollarla sənədlərdə “yaşayış məntəqələrinin torpaqları” kimi rəsmiləşdirilib. İndi isə bu elan saytlarında 1 milyon 300 min manata satışa çıxarılıb. Alıcılara isə bura fərdi yaşayış evi tikmək üçün ideal yer kimi sırınır. Magistral su kəmərinin və ya kollektorun üzərində ev tikmək, hər an partlaya biləcək bombanın üzərində oturmaqdır.

Yüksək təzyiqli kəmər sıradan çıxsa, suyun təzyiqi həmin evləri bir neçə dəqiqəyə yerlə-yeksan edər. Qəza baş versə, ağır texnika əraziyə daxil ola bilməyəcək, çünki borunun üstündə qanunsuz villalar və obyektlər ucalacaq. Keşlə və ətraf ərazilərin yağış suları altında qalmasının bir səbəbi də məhz belə kollektorların və mühafizə zonalarının zəbt edilməsidir. Vətəndaş Bahadur Oktay oğlu Əlinin rəsmi müraciətlərində qeyd etdiyi faktlar dövlət qurumları üçün ciddi bir sınaqdır.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti hansı məntiqlə və hansı qanunla strateji su kəmərinin düz üstünə “çıxarış” (kupça) verib? Yüksəktəzyiqli magistral su borularının belə aşkar şəkildə zəbt edilməsi niyə diqqətdən kənar qalır? Prezident İlham Əliyev dəfələrlə magistral xətlərin mühafizə zonalarının zəbt edilməsinin yolverilməzliyini vurğulasa da, bəzi məmurlar köhnə “vərdiş”lərindən əl çəkmək istəmirlər.скачать dle 11.3
Mojo.az Banner