Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib

24.04.2026 14:46 384
ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib
ANAMA Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində indiyə qədər icra edilən əməliyyatlar zamanı 256 ha ərazini təmizləyib.

Median.Az
xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, Qazaxda 2024-cü ildən indiyə qədər 1,102 ədəd piyada əleyhinə mina, 125 ədəd tank əleyhinə mina və 62 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-nın məlumatına görə, ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyatları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir.

Xatırladılıb ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub.

2025-ci ildən etibarən isə Nazirlər Kabineti tərəfindən müəyyən olunan plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir.

Qurumdan bildirilib ki, məlum olduğu kimi hava şəraiti, mürəkkəb relyef, sıx bitki örtüyü, yay vaxtlarında zəhərli ilanlar və əqrəblər minatəmizləmə əməliyyatlarının gedişatına təsir edən amillərdir. Qeyd edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyəti intensiv şəkildə davam etdirilir.

ANAMA-nın bildirdiyinə görə, ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 2020-ci ilin noyabr ayından bugünədək icra edilən əməliyyatlar zamanı 265 597 ha ərazi təmizlənib, 41 560 ədəd piyada əleyhinə mina, 23 450 ədəd tank əleyhinə mina və 184 067 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.скачать dle 11.3
Mojo.az Banner